Azərbaycanda COVID-in yeni ştamları aşkarlanıb? - RƏSMİ CAVAB

"Hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Artıq bir neçə aydır ki, COVID-in “omikron” ştamının alt variantı olan EG.5 və ya digər adı ilə “Eris” dünyada sürətlə yayılır. Xüsusilə, ABŞ, Çin, İngiltərə və Avropanın bir sıra ölkələrində virus səbəbindən xəstələrin sayında ciddi artım müşahidə olunur".

Bunu Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. 

Dünyada bundan öncə də COVID-19-un müxtəlif variantlarının müşahidə edildiyini vurğulayan mütəxəssis deyib: 

“Bilmək lazımdır ki, yeni yaranan ştamlar heç zaman öz sələfindən daha ağır olmur. Sadəcə EG.5-in digər ştamlardan əsas fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır. Bu isə kütləvi yoluxmalara və xəstəlik hallarının artmasına səbəb ola bilər. Əgər ölkəmizdə EG.5 virusu qeydə alınsa, COVID-19-un yoluxma hallarında artım olacaq. Lakin cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirdib və sağalıblar.

Eyni zamanda, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə göstəriciləri qənaətbəxş səviyyədədir. Ölkəmizdə hər zaman vaksinlərlə bağlı beynəlxalq tibbi qurumların tövsiyələri nəzərə alınır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının bu ştama qarşı xüsusi tövsiyələri açıqlanmayıb.
Hər zaman olduğu kimi COVID-19-un bütün mutasiyalarına qarşı həssas əhali risk qrupuna daxildir. Xroniki problemlərdən əziyyət çəkənlər, yanaşı xəstəlikləri olan şəxslər, COVID-19-a qarşı peyvəndlənməyən insanlar xüsusilə diqqət etməlidir. Onlara ictimai yerlərdə tibbi maskadan istifadə etmələri, dezinfeksiyaya fikir vermələri məsləhət görülür. Bu insanlar üçün müəyyən qədər təhlükə hər zaman mövcuddur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

End of content

No more pages to load

RADİO