“Oğlan uşaqlarında cinsi pozulmalar uşaqlıq vərdişlərindən yaranır” – Psixoloqdan XƏBƏRDARLIQ   

Uşaqların kiçik yaşdan oynadığı oyuncaqlar onların formalaşmasında böyük rol oynayır. Dünya təcrübəsində də qəbul edilən bu yanaşmada oğlan uşaqlarına qarşı doğru bilinən yanlışların gələcəkdə cəmiyyət üçün böyük fəsadlara yol açdığını iddia edilir. 

Müşahidə aparsaq, görərik ki, həqiqətən də son dövr uşaqlar, əvvəlki dövrdəkilərdən tamamilə fərqlənir. Gənc nəsildə də bunu sezmək mümkündür. Mütəxəssislər hesab edir ki, gənclər arasında olan problemlərin kökündə uşaqlıqdan onun necə böyüdülməsi dayanır. 

Belə ki, bəzi valideynlər övladlarını  körpəlikdən ətraf mühitə qapalı, ancaq oyuncaq, telefon və s. vasitələrlə böyüdürlər. Beləliklə həmin uşaqlar gələcəkdə qarşı cinslə münasibətində və cəmiyyətdə də fərqlənir. 

Uşaqların tərbiyəsi prosesində yol verilən əsas yanlışlıqlar hansılardır? 

Psixoloq Gülnar Orucova Bizim.Media-ya valideynlərin uşaq oyuncaqları seçərkən diqqət etməli olduqları məqamlardan söz açıb. 

Onun sözlərinə görə, körpə yaşlarından övladını tək buraxmayan valideyn, ona oyuncaq vasitəsilə bu alışqanlığı davam etdirir ki, bu da onun cəmiyyətə adaptasiya olmasına və daha tez uyğunlaşmasına maneə yaradır:  

“Bəzən valideynlər uşaqlara davamlı olaraq eyni oyuncağı alır. Onlar bunu uşaqların özünü tək hiss etməməsi üçün edirlər. Bəzən bu bağlılıq nəticəsində uşaqlar həmin oyuncağı getdiyi yerlərə, bağçaya, hətta məktəbə belə aparır. Bir çox hallarda da bu ana və uşaq bağlılığı onun məktəbə adaptasiya prosesinə mənfi təsir edir. 

İbtidai siniflərdə uşaqların məktəbdə ağlamağı məhz itirmə qorxusuna görə formalaşır. Son dönəmlərdə isə cinsiyyət orqanı olan kuklalar icad olunub ki, bu da xoşagəlməyən haldır. Usaqlar cinsi tərbiyə almalıdır, lakin bu cür kuklaların erkən verilməsi psixoloji olaraq doğru deyil. Ona görə uşaqların oynatdığı oyuncaqlara diqqət yetirmək vacibdir ki, gələcəkdə onların psixologiyasına mənfi təsir etməsin”. 

Psixoloq bildirir ki, lazımsız oyuncaqlar uşaqların inkişafına yardım etmir, əksinə gələcək həyatında mənfi iz qoyur. Hətta yaddaşın inkişafına mane olur və qavramanı bəsitləşdirir:

“Uşaqlar 1-2 yaşda olarkən səs və işıqlı oyuncaqlar almaq lazımdır. Sonra onlara üzərində heyvanlar, qidalar, rəqəmlər olan lövhələr almaq yaxşı olar. Bu tip oyuncaqlar inkişafetdirici, öyrədici funksiya verir. Oğlan uşaqlarının kuklalarla oynaması qəti şəkildə məsləhət deyil. Çünki kuklalarla oynadıqda sonra onda fizioloji olaraq heçnə dəyişməsə də gələcəkdə qadınlığa marağı arta bilər. Sonradan isə onun qadın kimi geyinmə, qadın kimi bəzənmək hissləri daha çox olur”.

G. Orucovanın sözlərinə görə cinsi pozulmalar ən çox uşaqlıq vərdişlərindən yaranan marağa görə olur.

Oğlan uşaqları ailədə ataya daha yaxın olmalı, atayla birgə vaxt keçirməli, diqqət qayğısını görməli və oğlan uşaqlarına aid oyuncaqla oynamalıdır ki, düzgün formalaşsın: 

“Dünya ölkələrinə nəzər salsaq, bəzi bağçalarda, məsələn Finlandiyada kişi müəllimləri yəni, tərbiyəçilər var. Amma bizdə nəinki bağçada kişi tərbiyəçisi, hətta müəllimlər arasında belə kişilərin azaldığını görürük. Kişi müəllimlər, ya əmək haqqının azlığı, ya da digər səbəblərdən bu sahəni seçmirlər. 

İbtidai siniflərdə kişi müəllimləri demək olar ki, yoxdur. Həmçinin orta məktəblərdə idman müəllimi və ümumi kişi müəllimlərinin sayı azalıb. Bunun da uşaq psixologiyasına müəyyən qədər təsiri var. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

End of content

No more pages to load

RADİO