Tünd rəngli pəhriz çörəkləri xərçəngə SƏBƏB OLUR? – XƏBƏRDARLIQ   

“Bu marketlərdə və bazarlarda satılan pəhriz çörəkləri, şəkərsiz şirniyyatlar və bu kimi qidaların əksəriyyəti insanları aldadır. Bu da onunla bağlıdır ki, bu məhsullar biznes maraqları çərçivəsində və qida hiylələrindən istifadə olunaraq hazırlanır”. 

Bunu Bizim.Media-ya açıqlamasında qida mütəxəssisi Məhsəti Hüseynova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ələkdən keçirilməyən undan hazırlanan çörəyin QORXUNC FƏSADLARI


Onun sözlərinə görə, pəhriz çörəklərinin hamısını orqanizm üçün faydalı hesab etmək olmaz. Ekspert bildirib ki, belə çörəklər uzunmüddətli rafinə olunur: 

“Bu da onun mayasız hazırlandığının göstəricisidir. İkinci məqam isə odur ki, onun rəfdəki müddətini artırmaq üçün bəzi kimyəvi qatqılardan istifadə olunur. Qeyd edilənləri diqqətdə saxlayaraq, belə məhsullardan uzaq durmaq və istehsalçı hiylələrinə aldanmamaq lazımdır.  

Əgər insanlar keyfiyyətli pəhriz çörəyi yemək istəyirlərsə, bunu ev şəraitində də hazırlaya bilərlər. Təmiz buğda ununu ələnməmiş şəkildə, eləcə də kəpək və rüşeym qismi də üstündə olmaqla, bu da yoxdursa, o zaman kətan, çiyə və ya qaraçörək otu, küncütdən və günəbaxan yağından istifadə etməklə keyfiyyətli və zənginləşdirilmiş çörək hazırlaya bilərlər”.  

M.Hüseynova bir vacib məsələni də diqqətə çatdırıb: 

“Pəhriz çörəklərinin, ümumiyyətlə xəmir məmulatlarının saxlanma müddəti 48-72 saatdır. Bu müddətdə onlar quru və sərin yerdə saxlanmalıdır. Yaxşı olardı ki, kağız və ya pambıq torbalarda, hətta emal olunmuş qazançaların içində olsun. Ancaq bu çörəklər əsasən polietilen torbalarda satılır ki, bu da onların tərkibinin dəyişməsinə və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İsti hava şəraitində istiyə məruz qalan bu torbalar xərçəngə səbəb olan “Bistilen-A” kimyəvi madəsi ilə zənginləşir və birbaşa qidaya keçir. Bu cür çörəkləri marketlərdən aldıqdan sonra dərhal həmin torbadan çıxarmaq lazımdır”.       

Ekspert qeyd edib ki, şəkərsiz məhsulların çoxunun tərkibində “Aspartan” adlı kimyəvi maddədən istfadə edilir: 

“Bu maddə normal şəkərdən 10 dəfə artıq şirindir. Orqanizmdə həzm olunmur və bədənin istənilən hissəsində yığılıb qala bilir. Bu da qaraciyərdə və böyrəklərdə bəzi fəsadlara yol açır. Bu məhsullardan gündəlik istifadə olunarsa, tərkibində kimyəvi qatqılar insanda asılılıq yaradır və orqanizm üçün lazım olan qidalar azaldığı üçün bəzi zərərlər verə bilir”.  

Ekspert vurğulayıb ki, tünd-qara rəngdə hazırlanana pəhriz çörəklərini qəbul etmək olmaz: 

“Ona görə ki, bu rəngdə buğda yoxdur və bu çörəkərin hazırlanmasında əlavə qatqılardan istifadə olunur. Əsasən də qara və boz rəngləndiricilər qatılır ki, bunlar çörəyin rəngini dəyişir. İstehsalçı bununla da məhsulun az kalorili olduğunu göstərməklə, vətəndaşları aldatmağa çalışır.  

Onu da bilmək lazımdır ki, təmiz buğda ununda kəpək və rüşeym qismi ayrılmadan hazırlanan çörək daha faydalı olur. Çünki, bu qismlərdə orqanizm üçün təhlükəli xəstəliklərdən, xüsusilə də xərçəngdən qoruyan “Promilisin” adlı maddə, eləcə də bəzi mineral maddələr və vitaminlərlə zəngin olur. Bu çörəyi səhər və axşam yeməyi zamanı 1 və ya 3 dilim qəbul etmək orqanizm üçün faydalıdır. Ona görə, orqanizm gündəlik enerjisini karbo-hidratlardan alır”. 

Müsahibimiz, bir dilim ağ çörəklə, bir dilim qara çörəyin kalorilərinin bir-birindən çox az fərqləndiyini diqqətə çatdırdı: 

“Əgər çox kalorili çörək qəbul etmək istəmirsinizsə, o zaman tosterdə bir qədər isitmək və qızartmaqla istifadə etmək olar. Ona görə, belə etməklə həm kalorisini ikiqat aşağı salmaq, həm də tərkibindəki yapışqanlıq və “Qlüten” azalmış olur.  

Xatırladaq ki, bu ilin iyulunda Ümumdünya Səhiyyə Təşkilatı "aspartam" dadlandırıcısını xərçəng xəstəliyinə səbəb olan kanserogen maddələrin siyahısına daxil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

64 yaşlı qadın dəm qazının qurbanı oldu

64 yaşlı qadın dəm qazının qurbanı oldu

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Əti əsla bu paketdə dondurmayın: səbəb

Əti əsla bu paketdə dondurmayın: səbəb

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Varlanacaq bürclər - Şans qapıları açıldı

Varlanacaq bürclər - Şans qapıları açıldı

Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

Şimal bölgəsi də ağ örpəyə büründü – FOTO/VİDEO

Şimal bölgəsi də ağ örpəyə büründü – FOTO/VİDEO

Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?

Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?

Avropa liderləri Davosda Trampla görüşəcək – Gündəm Ukraynanın təhlükəsizlik zəmanətləridir

Avropa liderləri Davosda Trampla görüşəcək Gündəm Ukraynanın təhlükəsizlik zəmanətləridir

Usta işlədiyi obyekti qarət etdi - VİDEO

Usta işlədiyi obyekti qarət etdi - VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Magistratura imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Magistratura imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Yollar qardan belə təmizlənir – VİDEO

Yollar qardan belə təmizlənir – VİDEO

ADY-dən sərnişinlərə MÜRACİƏT

ADY-dən sərnişinlərə MÜRACİƏT

End of content

No more pages to load

RADİO