Səhiyyə Nazirliyindən koronavirusun yeni ştamı ilə bağlı VACİB AÇIQLAMA 

Bu ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun omikron ştamının yeni alt tipi EG.5 ÜST tərəfindən maraq kəsb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri isə XBB.1.16-nın səviyyəsi stabil qalmaqdadır. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. 

O bildirib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanın keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur: 

"Virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. Omikronun EG.5 variantına maraq məhz son dövrdə bu ştam ilə yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən ABŞ, Avropada və Sakit Okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştama çevriləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur. Həmçinin COVID-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştamın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur.

Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştamının klinik nəticələrə təsirini öyrənmək tələb olunur.

ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur.
Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyatlı dövlət qurumlarının daim diqqət mərkəzindədir.

Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

End of content

No more pages to load

RADİO