COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib.
Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalını azaldıb.
"Covid-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb", - deyə professor vurğulayıb.
Səma Kultufan Turan onu da vurğulayıb ki, Covid-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır.
Bizim.Media