Soyuqdəymə dərmanları yenə BAHALAŞDI – “Aptek üçün icarə haqqı verənlər rəqabətə dözə bilmir”

Apteklərdə növbəti dəfə bir sıra dərmanların qiyməti bahalaşıb. Bahalaşma daha çox mövsümlə əlaqədar soyuqdəymə və qrip əleyhinə dərmanlarda müşahidə edilir. Respirator virus və adi soyuqdəymələrdə hər kəsin istifadə etdiyi “Teraflyu” və qripə qarşı paraşok vasitələrin qiymətində artım müşahidə olunur. Halbuki bu dərman vasitələri əvvəllər qəpik-quruşa satılırdı.  

Bahalaşma ilə yanaşı dərmanların qiymətində vahidlik prinsipi də pozulub. Əslində bu qayda uzun illərdir ki, müşahidə edilir.

Bir dərman bir aptekdə başqa qiymətə digərində isə tamamilə fərqli qiymətə satılır. Aptek satıcıları bu pərakəndəliyə hər hansı səbəb gətirə bilmirlər. 

Maraqlıdır, qiymətlərin səbəbsiz yerə bahalaşmasına səbəb nədir? Apteklərdə dərmanların qiyməti ilə bağlı vahid prinsiöinin pozulması isthehlakçı hüquqlarının pozulması deyilmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, nə qədər dövlət qiymətlərə müdaxilə edəcək, bazarda o qədər süni və dəyişkən qiymət artımları baş verəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Yod yenə niyə qəhətə ÇIXDI? - 100 qramlıq flakon 7 manata SATILIR – Rəsmi AÇIQLAMA 


“Azad İstehlakçılar Birliyi birmənalı şəkildə tərəfdardır ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. 40-dan çox ölkə ilə müqayisədə ən çox aptek şəbəkəsi məhz Azərbaycandadır. Təkcə Atatürk prospektində yerləşən 9 mərtbəli binanın altında 7 aptek çalışır. Əhalinin sürətlə kimyalaşması gedir. Çox təssüf ki, bunu heç kəs tədqiq etmir. Nə üçün camaat apteklərdə növbədədir?  Aptek və tibb biznesi Azərbaycanda sürətlə inkişaf edir. Bunları araşdıran yoxdur. Tələb artır, təklifdə isə qiymət artımları və keyfiyyət enmələri baş verir”.

Eyyub Hüseynov Tarif Şurası tərəfindən 3000 dərmanın qiymətinin  tənzimlənməsinin əleyhinə olduğunu vurğulayıb:

“Hökumət qiymət siyasətinə müdaxilə etməməlidir. Hökumətin vəzifəsi odur ki, əlverişli və ədalətli biznes mühiti yaratsın. Bazarda inhisarçılıq ləğv olunsun, çoxlu oyunçular olsun. Bu zaman qiymət aşağı düşər, keyfiyyət isə qalxar. Qiyməti dövlət tərəfindən tənzimlənməyən dərmanların müxtəlif qiymətlərdə satılması təbiidir. Yəni qiyməti özləri formalaşdırıb, o cür də satırlar. Əlbəttə ki, qiymətlərin yuxarı həddə satılması istehlakçının aldadılmasıdır. Belə halda istehlakçı mütləq 195 əlaqə vasitəsilə İqtisadiyyat Nazirliyinə müracaiət etməlidir ki, həmin yer ifşa olunsun.

Bəzi dərman distribüterləri var ki, bazarda haqsız rəqabət mühiti yaradaraq, nisbətən aşağı qiymətə dərman təklif edirlər.

Aptek binası üçün icarə verənlər isə bu rəqabətə dözə bilmirlər. Bu isə bazar qanunlarından qaynaqlanan bir məsələdir. İstənilən halda hər zaman qeyd etdiyimiz kimi, bütün bunları həll etmək üçün yerli dərman istehsalına rəvac verilməlidir. Çox təssüf ki, hökumət bu işdə çox ləngiyir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

End of content

No more pages to load

RADİO