Doğuş zamanı ana və uşaq ölümü niyə bölgələrdə daha çoxdur?  – Ekspertlərdən vacib SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür. Bu rəqəmlər 2015-ci ildən dəyişməyib, əksinə bəzi regionlarda daha da pisləşib.

Azərbaycanda da bu məsələ aktualdır. Bu hal daha çox bölgələrdə qeydə alınır. Səbəb mütəxəssis çatışmazlığı, müasir tibbi avadanlığın olmaması, yaxud ananın səhhətindəki problemlərdir. Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilir.
 

MÖVZU İLƏ BAĞLI:

14-17 yaşlı qızlar arasında ABORT sayı niyə artıb? – “Onlar ana olmaya bilərlər”


Doğrudanmı belədir? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, doğuş zamanı ölüm hallarına əsas səbəb kimi qadındakı yanaşı xəstəliklər və hamiləliyin son gününə qədər həkimə müraciət etməməsi faktoru dayanır: 

“Bu məsələ zaman-zaman aktuallaşıb. Ana və uşaq mühafizəsi ilə bağlı Azərbaycanda proqram olduğu halda doğuş vaxtı problemlərin yaşanması hazırda cərrahlığın və təbabətin müasir çağında yolverilməzdir. Baş verən arzuolunmaz hallar həm də işin təşkilində olan qüsurlarla bağlıdır. Əvvəla ölkədə səhiyyə sistem şəklində deyil. Digər tərəfdən qadınlar hamilə olarkən çox vaxt bunu planlaşdırmır və məsləhətləşmirlər. Gözlənilmədən hamilə qaldıqlarını bilir və uşağı saxlamağı qərara alırlar. Özüm dəfələrlə şahidi olmuşam. Hansısa qadının hamiləliyi onun həyatında risk təşkil edib.

Təhlükəli xəstəliyi və ya hansısa patalogiyaları artırıb. Bəzən analar israrla bu hamiləliyi saxlamaq fikrində olur. Yaxud qadın yanaşı xəstəliklərindən xəbərsiz halda hamilə və qorxulu virus daşıyıcısı olur. Çoxsaylı bu cür problemlər var. Hesab edirəm, bu işin təşkili mühümdür və qadınlar hamilə olmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Hamiləliyin təhlükəsizliyinə əmin olduqdan sonra planlaşdırılmış hamiləliyə getməlidirlər. Bu qaydaya riayət olunsa və ilk gündən bu məsələ nəzarətdə saxlanılsa, hansısa fəsadlar olmaz”.

Həkim hər bir ana və ya uşaq ölümünün ayrıca araşdırılmasını vacib sayıb. Onun sözlərinə görə ölüm səbəbləri bilinməli və ona uyğun tədbirlər görülməlidir. İşin təşkili elə qurulmalıdır ki, bu cür halların qarşısı alınsın.

“Həkimə getmək” ayıbı

Ginekoloq Ləman Əliyevanın fikrincə, bölgələrdə ana və uşaq ölümlərinin daha çox olması region  xanımlarının düşüncə tərzinin bir qədər fərqli olması ilə əlaqədardır:

“Elə hamilələr var ki, uşaq doğulan günə qədər bir dəfə olsun həkimə müraciət etmirlər. Yalnız doğuşda müraciət edirlər. Burada həkimin nə günahı ola bilər? Yaxud hamiləlik dövründə yalnız bir dəfə müayinədən keçir, özlərini bir də doğuşa saxlayırlar. Əlbəttə ki, bölgələrimizdə müasit tibbi avadanlıqlarımız və həkim mütəxəssislərimiz də var. Amma müəyyən həftələrdə vacib müayinələr var ki, onu bəlkə də rayon yerlərində görməyə bilərlər. Yaxşı olardı ki, hamilə qadınlarımız həmin vacib müayinələrdən ötrü şəhər xəstəxanalarına müraciət etsinlər”. 
 

Burada təbii ki, əsirlərdən qaynaqlanan gələnəklər də var. Kənddə gəlini həkimə aparmaq ayıb sayılır. “Bəyəm biz arvad olmamışıq, doğmamışıq” kimi ifadələrlə cəahələtə sürüklənən ailələr var ki, bu cür faciələrdən xali deyillər. Eyni zamanda başqa səbəblər də yox deyil.


Tanınmış ginekoloq Rəşad Sultan isə hesab edir ki, doğuş zamanı ölüm hallarının bölgələrdə daha çox olmasına səbəb qan köçürmənin çatdırıla bilməməsi və reanimasiyanın yetərsizliyi ilə bağlıdır. 

Qeyd edək ki, ÜST dünya ictimaiyyətini ana ölümünü azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır, çünki 2030-cu ilə qədər bir milyondan çox qadının öləcəyi proqnozlaşdırılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

End of content

No more pages to load

RADİO