Koronavirusdan sonra İYBİLMƏ niyə bərpa olunmur? – MÜALİCƏSİ YOXDUR

Koronavirusdan sonra iybilmə və dadbilmənin itirilməsi xəstəliyin əsas əlamətlərindən biri idi. Pandemiyadan üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, virusa yoluxan insanlar arasında hələ də iy və dad bilmədə problemlər yaşayan, əvvəlki vəzyyətinə qayıda bilməyənlər var. 

Bəs, bu əlamətlər nə vaxta kimi davam edəcək? Ümumiyyətlə müalicəsi varmı?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Almaniyada fəaliyyət göstərən azərbaycanlı uzman həkim, daxili xəstəliklər və süni tənəffüs təbabəti üzrə mütəxəssis Elvin Hüseynov cavablandırıb.

Xatırladıb ki, iybilmə və dadbilmənin pozğunluğu koronavirusun əsas və ilkin dövrlərində rast gəlinən simptomlarından biridir: 

“Koronavirusdan iybilmənin itməsi indiki elmi səviyyədə onunla izah olunur ki, koronaviruslar hüceyrələrə ACE2 reseptoru vasitəsilə daxil olur. Hansıki bu reseptor yuxarı tənəffüs yollarında və ağız boşluğundakı selikli dadbilmə hüceyrələrində, burun boşluğunda olan qoxubilmə hüceyrələrində daha çox ekspressiya olunur. Bu da o deməkdir ki, bu hissələrdə virusların hüceyrələrə daxil olması məhz ACE2 ekspressiyasının çox olması vasitəsilə daha çox olur.

Bundan başqa, qoxubilmə orqanının mərkəzi sinir sistemində, yəni alın payında bir hissə var ki, virusların həssasığı daha çox olduğuna görə bu regionda qoxu hissiyyatı üçün cavabdeh olan nahiyədə daha çox zədələnmələr baş verir. Dad və iybilmənin uzun müddətli davam etməsi koronavirusa yoluxan insanların təxminən 4 faizində rast gəlinir. Eləcə də, istər iybilmədə, istərsə də dadbilmədə bu da olur ki, normal qoxu daha kəskin xoşagəlməz qoxu şəklində hiss olunur. Bu hal da sırf bu zədələnmələrlə əlaqlidir”.
Müalicəsi varmı?

Həkim bildirib ki, bu problemin elə bir spesifik müalicəsi də yoxdur:

“Təəssüf ki, problemin müalicəsi məlum deyil. Təsəvvür də etmirəm ki, hər hansı dərman preparatı ilə bunu müalicə etmək mümkün olsun. İndiyə qədər olan məlumatlara görə, hətta bir ildən sonra bu pozğunluqlara rast gəlinir. Amma dediyim ki, prosesin bərpa olunub-olunmadığı, hansı müddətə bərpa olunduğu ilə bağlı hələ ki, məlumat yoxdur. İnsanlar var ki, bir neçə aya sağalıb, amma eləsi də var ki, bir ildən də artıq problemi davam edir”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO