“İki il ərzində ciddi pandemik rejimdə yaşayan bütün cəmiyyətlərdə ənənəvi virus və bakteriyaların insanlar arasında mübadiləsi pozulub, nəticədə bu cür mövsümi qrip sıçrayışları meydana çıxıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev səsləndirib.
“Bu cür hallara hazırlıqlı olmaq üçün Səhiyyə Nazirliyi vasitəsilə ölkəmizə mövsümi qrip əleyhinə vaksinlər gətirilib, səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB-ə daxil olan ailə müəssisələrinə, o cümlədən şəhər poliklinikalarına paylanılıb. Mütəmadi olaraq, həmin vaksinlərin saxlanma qaydaları monitorinq və nəzarət altındadır.
Fürsətdən istifadə edərək, bütün yaşlı əhalini, xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşları həmin qrip əleyhinə vaksinasiyaya qoşulmağa çağırıram”, - deyə nazir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media