Yüksək təzyiqdən əziyyət çəkənlərə həkimdən bayramqabağı XƏBƏRDARLIQ

“Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və yaşam tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil yaşam tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaqla hipertoniyanın qarşısını almaq və ya ortaya çıxmasını gecikdirməyə kömək edəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev deyib.

Həkimin sözlərinə görə, qan təzyiqin 120/80 mmHg-dan aşağı olması optimal sayılır:

“120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir. Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edirlər. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artmaqdadır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır”.

Hipertoniyada həyat tərzi necə olmalıdır və nələrə diqqət etməlidir?
 

“İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və Bədən Kütlə İndeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır.


Fiziki aktivliyə önəm verilməlidir (günlük ən az 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər). Bu həyat tərzindəki müsbət dəyişiklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər”, - deyə F.Əliyev qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSMF-nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşı barəsində QƏRAR VERİLDİ

DSMF-nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşı barəsində QƏRAR VERİLDİ

XXI əsrin səssiz EPİDEMİYASI: Bu xəstəlik dünyada ölüm səbəbləri arasında ilk 10-luqdadır

XXI əsrin səssiz EPİDEMİYASI: Bu xəstəlik dünyada ölüm səbəbləri arasında ilk 10-luqdadır

“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq

"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Bu tarixdə Bakıda qar yağacaq

Bu tarixdə Bakıda qar yağacaq

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

FİFA prezidenti Livan vətəndaşı oldu

FİFA prezidenti Livan vətəndaşı oldu

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

End of content

No more pages to load

RADİO