“BİR KONYA ZİYARƏTİNDƏ”x9d

(Yaxın günlərdə oxuculara təqdim olunacaq “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası”x9d kitabından Konya ilə bağlı 4-cü yazı)

“Nə zaman bu şəhərə gələcək oluramsa, içimdə bir həyəcan duyuram. Həzrəti Mevlana düşüncəsiylə mənliyimi sarır”¦”x9d Mustafa Kamal Paşanın bir Konya ziyarətində söylədiklərindəndi. Konyaya hər gəlişi coşqun sayğıyla qarşılanarmış o böyük insanın. O da deyərmiş ki, Konyanın qonaqpərvərliyi məni həddindən artıq mütəəssir edir. Konya Atatürkün İstanbul və İzmirdən sonra ən çox ziyarət etdiyi şəhər olmuşdur. Üst-üstə 13 dəfə Konyaya gəlmiş, toplam olaraq 33 gün burada müsafir olmuşdur.

39 min kvadratmetr bir əraziyə sahiblik edən Konya toplam olaraq 31 qəzanı özündə birləşdirir. 130 ölkəylə ticarət əlaqələri var.

SƏKKİZ SULTAN YATIR

BİR TÜRBƏDƏ 

1220-ci ildə Konyada Anadolu Səlcuqlu dövlətinə başçılıq edən Sultan I Alaeddin Keykubad tərəfindən yaradılmış eyniadlı təpə üzərində inşa etdirilımiş camidə səkkiz Anadolu Səlcuqlu sultanı uyuyur. I Alaeddin Keykubadın, I Rükneddin Məsudun, I Qılınc Arslanın, IV Qılınc Arslanın, II Süleyman şahın, I Qiyasəddin Keyxosrovun, II Qiyasəddin Keyxosrovun, III Qiyasəddin Keyxosrovun qəbri bir yerdədi”¦ Ziyarət edib, ruhlarına dualar oxuduq.

ƏBƏDİYYƏT ARXAYINLIÄžI

 Deyirlər ki, İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:

”“ Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq?

Tayyip Ağa halını pozmadan soruşur:

”“ Nə var, oğlum, bu dünyanın halında?

”“ Nə olacaq, Tayyip Ağa, baxsana, dünyanın hər tərəfi yıxılıb gedir.

Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:

”“ Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..

Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədi. Tayyip Ağa əmin-arxayın idi.  Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadı. Keçmişindən və gələcəyindən arxayındı.

MƏNƏ DOSTLARIMLA ƏZİZDİ KONYA

 Xəyal, fikir dostlarım haqqında ilk kəlmədən, ilk sözdən bəhs etmişəm; Hz. Şəms Təbrizi, Cəlaləddin Rumi, Konevi, Sultan Vələd”¦

Gerçək həyatda sıx təmasda olduğum dostlar da əzizdi, doğmadı mənə. Xüsusilə Konyanın millət vəkilləri, bələdiyyə yetkililəri, dəyərli aydın dostlarım”¦

Türkiyənin Baş naziri Əhməd Davudoğlu da məhz bu qədim bölgədə dünyaya göz açıb. Zaman-zaman onunla, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sabiq rəhbəri M.Kabakçı, millət vəkili Ayşə Türkmənoğlu və bir sıra digər dostlarla görüşüb, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş söhbətlər etmişik. Bu tarixi şəhərdə eyni zamanda bir çox azərbaycanlı elm, sənət xadimlərimiz çalışır, qardaşlıq, tarixi əməkdaşlıq, dostluq ənənələrimizə öz töhvələrini verirlər. Sıx-sıx görüşürəm hər Konyaya gəlişimdə. Eyni zamanda hər səfərimdə mütləq Konya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizlə də mütləq görüşür, fikir mübadiləsi aparıram.

 HƏR QƏZA DOÄžMAMDI,

HƏR KƏND ƏZİZİM

Hər il orta hesabla iki milyon turistin ziyarət etdiyi Konyanın ən böyük qəzası Səlcuqludu. Yaşı 3 min illik vaxt-zaman məsafəsi ilə ölçülür buradakı məskunlaşmanın. Möhtəşəm tarixi əsərləri, muzey və sarayları ilə önəmli bir turizm mərkəzidi Səlcuqlu. Tarixi Sille məhəlləsi burada yerləşir.

Böyük Səlcuqlu İmperatorluğunun hökmdarı Sultan Alp Arslan zamanında belə səsləniş edirdi ərzin səs çatıb-ün yetərinə: “Biz türklər təmiz müsəlmanlarıq və bidət bilmərik. Buna görə də Allah xalis türkləri əziz tutur”x9d.

Tarixi həqiqətdir ki, bəzən bəyliklər çox böyüyür, genişlənir və böyük bir imperatorluğa da çevrilə bilirdi. Məsələn, “bir Səlcuq bəy, bir Osman bəy çıxır, öz adları ilə anılan bəylikləri yenə öz adları ilə anılan bir imperatorluq halına gətirirdilər”x9d. Böyük Səlcuqlu İmperatorluğu 1040-cı ildən başlayaraq, 117 il idarəçiliyini sürdürmüşdü. Bu imperatorluqdan 29 il sonra qurulan Suriya Səlcuqlu İmperatorluğu 118 il ömür edə bilmişdi. Girman Səlcuqlu imperatorluğunun hökmranlığı isə daha az, 95 il olmuşdur. İraq Səlcuqlu dövləti ondan daha az ”“ cəmi 35 il tarixə yoldaşlıq etmişdi. Anadolu Səlcuqlu dövlətinin ömrü isə 215 illik bir zaman məsafəsiylə ölçülməkdədi. O böyük, tam bir yüksəliş dövrü olan dövlətin xatirəsini Səlcuqlu bələdiyyəsi özündə yaşatmaqdadı. Ənənə bu gün də davam edir. Sille bələdiyyəsinin ərazisinə nəzər salmaq bəhs edər; Karadaş camisi, Məzarkayası camisi, Ak cami, Məzarlıq, Kızıl, Mağara kilsələri, Hacı Əli Ağa, Subaşı, Karadaş tarixi  çeşmələri, qədim Sille qonaq evi Sille məhəlləsində yer alıb. Konyaya yolunuz düşsə bu gözəl tarixi məkanları görmədən dönməyin”¦

Sultan Alaeddin Keykubad tərəfindən Səlcuqlu sarayı yaxınlığında ucaldılan cami Səlcuqlu memarlığının ən möhtəşəm abidələrindən biri kimi hələ də diqqət çəkməkdədi.

1264-cü ildə İkinci İzzəddin Keykavus tərəfindən yapdırılmış İnce Minarə muzeyi hələ də tarixə yoldaşlıq edir.

Karatay çini əsərləri muzeyi, Zazadin hanı burdadı.

Tarixi Alaeddin Təpəsi Səlcuqlu qəzasında yer alıb. Eləcə də Ak Monastr, İnce Minarə. Bu minarə Konyada turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir.

BURASI AHIRLIDI

Ahırlı qəzası isə ən çox bağçılıq, taxılçılıq təsərrüfatı ilə məşhurdu. Burada bol-bol noxud yetişdirilir. Mərkəzi Seydişəhər ”“ Bozkır şosse yolu üzərində yer alıb.

BU DA KARATAY QƏZASI

Bütövlükdə 24 kəndi birləşdirən Karatay, 8 kəndi əhatə edən, torpaqları May Barajının sularından barınan Ağörən qəzalarını gəzib-dolanmağa zamanmı yetər? Hələ bir Ağşəhər qəzası gözləyir səni; batısından Sultan dağları, Ağşəhər gölüdü əl edən sənə”¦ “Gəl məni seyr et”x9d deyir Adıyan çayı. Bu qəza Xoca Nəsrəddinin yaşadığı bir yer kimi tanınır. Hər il ənənəvi Nəsrəddin Hoca şənlikləri başlanır burda.

HƏR BİRİ ƏZİZDİ, DOÄžMADI MƏNƏ”¦


Altunəkin, Bəyşəhər qəzalarından söz açım sizə”¦ Bəyşəhərin quzeyi Sultan Dağları, doğusu Ərənlər, güneybatısı Dədəgöl dağları ilə çevrələnib. Böyükkörpü və Böyük çayları burdan axıb keçər öz nəğməsiylə. Burada mədən sularının qaynağı boldur.

Bozkır qəzası 10 kəndi bağlayır bir-birinə. Yıldızlı dağları bu səmtdən baxar, güney batısında Esenler dağı”¦ Çerşenbe suyundan içəsən gərək”¦

Cihanbəyli qəzası Cihanbəyli obası, İnsuyu dərəsi, Duz gölüylə çevrələnib. Çəltikli, Dərbənd qəzaları göz çəkir elə. Dərbənd Aladağın ətəyindədi. Dərəbucuq qəzası Dədəgöl, Geyik, Geytan dağlarına söykənib durur. Bağ-bağat yeridi ilkdən, əzəldən. Doğanhisar qəzası səbzə və meyvə məskənidi. Burda mal-qara bəslənər bütün fəsillər.

Əmirqazi, Ərikli qəzaları fabrik, zavod yatağıdı.

Hadim qəzası zəngin meşəsiylə, Göysuyuyla tanınar. Eləcə də Güneysınır, Halkapinar qəzalarında dədə-babadan arpa, buğda, şəkər çuğunduru əkilib-biçilər.

Konyanın İlğın, Kadınhanı, Kulu, Sarayönü qəzalarının hər birinin öz gözəlliyi var. Dəyirmanözü və Bizarözü dərələri, Samsam, Köpek və Kiçik göllər Kulu qəzasının yavrularıdı. Daşkənd qəzası Geyik dağlarına sahiblik edir. Qoyun-keçi sürüləri barı-bərəkəti sayılır hər vaxt. Duzluqçu xəfif düzəngahlar məkanıdı. Mal-qara bəslənir bu gözəl eldə.

KONYA MƏTBƏXİNDƏN SÖZ AÇIM SİZƏ

Süfrələrdən Ərəbaşı, Bamya şorbaları kəm olmaz ki! Tirid bişirərlər, düyün plovu dəmlərlər. Ətrəkmək, Fırın kababı, Sacarası, yoğurt (qatıq) şorbasından dad ki, dadasan”¦ Gözəl mətbəxi var Konyanın.

BURASI BİR ELM OCAÄžIDIR

Konyada Səlcuq, Nəcməddin Erbakan, Karatay, Mevlana, Qida və Tarım Universitetləri kimi tanınmış elm-təhsil ocaqları var. Hər birində müəllimlik edən çoxlu dəyərli dostlarım var. Bu elm-təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin də sayı hər il daha da artır ki, onlar bu gün də, gələcəkdə də qardaş ölkələrimiz arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcəklər.

KONYANIN GÖZ-BƏBƏYİ MERAM

Yetkililər Meramı Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib.  İbn Battütadan tutmuş Evliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər Meramla bağlı ən səmimi ürək sözlərini söyləmişlər. Evliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı  Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

Meram kəlməsi “Amac, arzu, hədəf, qayə, mövzu”x9d anlamındadı. Meram şəhər mərkəzindən 8 km-lik məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdı. Əsl gözəlliyini Səlcuklular zamanında əldə edib. Bu gözəlliklər Karamanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Meramın Mevlanalı və Mevlevili zamanları Səlcuklu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkardır ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. IV Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, “Cedidiyye”x9d, “Hadika-i Maarif”x9d, “Sefiyye”x9d adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mevlananın özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən”¦

ÜÇ YOLLA GƏLƏRSƏN GƏLSƏN MERAMA

“Meram bir az məkandır, bir az da insan!”x9d söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədi!”x9d səslənişimi  boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mevlana Hüsaməddin Çələbinin bağında qonaqmış”¦ Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər.  Yəni, iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəhcəhi Mevlananın xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər”¦”x9d Ancaq Meramda xatirələr birər-birər ötməkdədi və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar”x9d deyilməkdədi”¦ Ən qədimi Əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni  yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi”¦

Məncə, Meramın bir əbədi, dəyişməz yolu da var ki, o da Könül, Qəlb yoludu.

 Â«SƏNMİ YAŞLISAN, SAQQALINMI?»

Bir gün Mevlana Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mevlana ona ötəri bir nəzər salıb sorur: “Sənmi yaşlısan, saqqalınmı?”x9d

Rahib “Mən saqqalımdan iyirmi il böyüyəm-deyir, ”“ o, daha sonra çıxdı”x9d.

Həzrət Mevlana bu cavabı alınca belə deyir: “Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; qaranlıq və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!”x9d

Meramın öz kutsal, pirani keşmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mevlana nəsihətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Mecidiyye Camisi səmtindən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tapıb Yeniyol Caddesi boyunca yolçuluq edəsən gərək”¦Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdı. Çələbi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xamırı, mayası eşqlə yoğrulub Meramın”x9d söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşbaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli “Nə yapalım?”x9d deyə Mevlanadan soruşur. O da cavabında ayaqlarını qazanın altına salıb yemək bişirən aşbazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mevlana durumu görərkən “vay, atəşbaz, vay!”x9d  deyərək gülümsünür. Aşçı Vəli Şemseddin Yusufun adı o gündən-bu günə “Atəşbaz Vəli”x9d olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Meram yolu üstündədi. O səmtin adı “Aşıklar”x9d deyə anılmaqdadı. Burası bir huzur köşəsidi. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mevlana xatirəsi oyanmaqdadı. Cemal Ali dede Türbəsinin qədim-qayımlığı şahiddi ki, bu deyilənlər doğruların doğrusudu. Cemal Ali Dədənin Mevlananın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanül-Ulemanın könüldaşları ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürüst səmtindədi. Bu tərəflər 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dere səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uyumaqdadı. Cemal Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididi. Bir az yorğun-arğın görünməyi var. Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

End of content

No more pages to load

RADİO