"Mən Atılmış yetiməm"-İlkin Xaliq

Moderator.az saytı çoxsaylı müraciətləri nəzərə alaraq bir müddət öncə "Ədəbiyyat" səhifəsi yaradıb oxucuların ixtiyarına verdi. Bu vaxta qədər bir sıra gənc və təcrübəli şairlərin əsərlərini dərc etdik. Bu günkü qonağımız da istedadlı gənc şair İlkin Xaliqdır.

Əliyev İlkin Xaliq oğlu ( İlkin Xaliq):1981-ci il dekabr ayının 24-ü Sumqayıt şəhərində şair Xaliq Oğuzun ailəsində dünyaya gəlmişdir. Hələ 11 yaşında ikən atası Xaliq Oğuzun qəfil vəfatı balaca İlkini həyatın bütün amansızlıqları və bir çox məhrumiyyətləri ilə üz-üzə qoymuşdur. 1997-ci ildə orta təhsili bitirib,2000-ci ildə  “ Xüsusi texnalogiyalar” ixtisası üzrə  texniki təhsilini, 2007-ci ildə ali təhsilini bitirmişdir. Bədii yaradıcılığın şeir növü ilə 1993-dən məşğuldur. Orta məktəb illərindən indiyədək dövri mətbuatın müxtəlif qəzet  və jurnallarında şeirləri çap olunur. “ Gənc Şairlər Birliyinin” üzvüdür.

Evlidir. Bir qızı var.


Mən atılmış yetiməm.....

 

Bu həyat nağıl deyil, nağıla bənzəsə də.

Bu dünya noğul deyil,

           bir az yumru olub, noğula bənzəsə də

Atanı var dünyanın,

Satanı var dünyanın.

Ya atılan olarsan,

     ya da atan olarsan.

Ya satılan olarsan,

     ya da satan olarsan.

Mən də atılmışlardanam,

Mən də satılmışlardanam.

Səbəbini bilmirəm, niyə atıblar məni?!

Dünyaya gəldiyim gün bəlkə də

              seviniblər, göyə atıblar məni.

Bəlkə də əllərindən külək alıb aparıb,

Bəlkə qurbanlıq bilib fələk alıb aparıb.

Məni övlad bilənlər,

           övladların içinə qatmağı unudublar.

Məni göyə atanlar tutmağı unudublar.

                        Mən atılmış yetiməm !!!

 

Mən atılmış yetiməm...

Hələ körpə yaşından bu həyatın qoynuna,

Sarılıb dərdlərimin, həsrətimin boynuna

Zindan adlı həyatın zindanında

              döyülüb əqidəsin bərkidən,

Ömrünü sürə-sürə bu dünyanı tərk edən,

Bir sahibsiz, kimsəsiz,

  ömrü nazsız, qəmzəsiz,

Bu dünyanın dərdinə, dərd adlı namərdinə,

Bir suyun qiymətinə,

   Bir qoyun qiymətinə

Satılmış bir yetiməm.

                    Atılmış bir yetiməm.

 

Gah hansısa düzlüyün, həqiqətin yetimi,

Gah sonrası puç olmuş məhəbbətin yetimi.

İntizarın, həsrətin, acı qəmin yetimi,

Həm o dəmin yetimi, həm bu dəmin yetimi.

Bu aləmin yetimi,

                    Bu aləmin yetimi!!!

 

Ünvanım yetimxana, içim dərdlər adası.

Dünyanın taxtasında qurbanlıq piyadası...

Həyat çökdürüb məni, dizim sürtülüb çıxıb,

Göz yaşımı silməkdən gözüm sürtülüb çıxıb.

Mən dərdi həmdəm seçib, tənhalıqla danışan,

Göz yaşları sulara, torpaqlara qarışan,

Dərdimin manqalında,

Bəxtimin tonqalında çatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm....

 

 Talehinə əzəldən kimsəsizlik yazılan,

Qəbri sağkən qazılan,

Soğan kimi soyulub, soyanları ağladan,

Məzarına qoyulub, qoyanları ağladan,

Bir işğalçı dovlətin əsiri tək, qulu tək,

Hər uduzan ağanın uduzduğu pulu tək

Dünyanın qumarına qatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm...

 

Mənim ən böyük suçum, mənim yetimliyimdir.

Ömrümə, talehimə qənim yetimliyimdir.

Tuşlayıblar bu sözü üstümə silah kimi,

Gəzdirmişəm bu adı üstümdə günah kimi.

Boğazlarda ilişən tikə olubdur bu ad,

Mənə həyatım boyu ləkə olubdur bu ad.

Can yığışıb boğaza, qulaqlarım doyubdur,

Mən yetim olmamışam,

        məndən uzaqlaşanlar məni yetim qoyubdur...

Əlimdən tutmayıblar, əlim gödək olubdur,

Söz deyə bilməmişəm, dilim gödək olubdur.

Kim günah işləyibsə, mən olmuşam “səbəbkar”

Mən hamımın gözündə günahkaram,

                                               Günahkar !!!

Üstündə yetimliyi tutulmuş  bir yetiməm.

                        Atılmış bir yetiməm !!!

 

 

Dünya mənim evim deyil...

 

 Dünya mənim evim deyil,

 Evim olsa ağlamazdım.

 Dünya mənim evim deyil,

 Mən belə ev saxlamazdım!

 

 Dünya mənim evim deyil.

 Mən bir dərviş, mən bir qərib,

 Məni bu gidi dünyaya

 Səni göndərən göndərib.

 

 Dünya mənim evim deyil.

 Evim olsa yaşayardım,

Evim olsa mən köçəndə

 " Veş-vüşümü" daşıyardım!!!

 

Dünya mənim evim deyil,

...Təməl tökmək istəyirəm.

Mən burdakı qazancımla

Bir ev tikmək istəyirəm.

 

 Dünya mənim evim deyil,

 Mən deyiləm bura yiyə.

 Bu dünyanın öz yiyəsi

 Ã–zü burda qalmır, niyə?!

 

 

HAVAYI BİR ŞEYDİR.....

 

 Havayı bir şeydir, havayı bir şey

 Hər şey mənasızdır, eləcə boşdur.

 Kiməsə xoş gəlir pis bildiyimiz,

 Kimsə pis bildiyi bizlərə xoşdur.

 

 Havayı bir şeydir dünyada var da,

 Heç nəyin əsaslı təməli yoxdur.

 Sən özün yoxsansa bir gün dünyada,

 Bu gün var bildiyin deməli yoxdur.

 

 Havayı bir şeydir, havayı bir şey

 Üst-üstə arzular ucaltmağın da.

 Kiminsə yolunda ömür sərf edib,

 Ã–zünü boş yerə qocaltmağın da.

 

 Havayı bir şeydir, havayı bir şey

 Sevgi də, nifrət də, qəzəb də, kin də.

 Həqiqət Allahdır, həqiqət isə

 Tapmaz öz əksini hansısa dində!

 

 Axı nə fərqi var ağasan, qulsan,

 Cahilsən, abidsən, kafirsən, bütsən?..

 Havayı bir şeydir, havayı bir şey,

 Onsuz da torpağın altında lütsən!

 

 Havayı bir şeydir ölüb gedərkən

 Sənin ağlayanın oldu, olmadı -

 Kimsə yoxluğunu bildi, bilmədi,

 Adın bu dünyada qaldı, qalmadı.

 

 

 Baxıram,..

      baxıram görə bilmirəm

 Havayı şeylərdən savayı bir şey.

 Bu dünya, o dünya, o biri dünya...

 Havayı bir şeydir, havayı bir şey !!!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahil Babayevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA – “Gələn il...”

Sahil Babayevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA – “Gələn il...”

Avropa İttifaqı Ermənistanı aviasiya üzrə “qara siyahı”da saxladı

Avropa İttifaqı Ermənistanı aviasiya üzrə “qara siyahı”da saxladı

Şəkiyə səfər edən turistlər üçün YENİ FÜRSƏT

Şəkiyə səfər edən turistlər üçün YENİ FÜRSƏT

"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov

"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub – FOTO

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub – FOTO

Azad edilmiş ərazilərdə daha 25 abidənin yeri müəyyən edildi – FOTO

Azad edilmiş ərazilərdə daha 25 abidənin yeri müəyyən edildi – FOTO

Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsə HÖKM OXUNDU

Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsə HÖKM OXUNDU

Kürdəmirin kəndlərindəki yol problemi parlamentin GÜNDƏMİNDƏ

Kürdəmirin kəndlərindəki yol problemi parlamentin GÜNDƏMİNDƏ

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR – “Əkin sahələri istifadəsiz qalıb”

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR – “Əkin sahələri istifadəsiz qalıb”

Putin: “Pokrovskun ələ keçirilməsi əsas vəzifələrin yerinə yetirilməsini təmin edəcək” – VİDEO

Putin: “Pokrovskun ələ keçirilməsi əsas vəzifələrin yerinə yetirilməsini təmin edəcək” – VİDEO

Baş nazirdən bal arıları ilə bağlı QƏRAR – FOTO

Baş nazirdən bal arıları ilə bağlı QƏRAR – FOTO

Okan Buruk: “Canımızı qurtardığımız üçün şükür edirik”

Okan Buruk: “Canımızı qurtardığımız üçün şükür edirik”

Trampın kürəkəni də Moskvaya gəldi – Putinlə görüşdə iştirak edəcək

Trampın kürəkəni də Moskvaya gəldi – Putinlə görüşdə iştirak edəcək

“Arvadım dedi ki, taksi sürücüsü ilə birlikdədir, mən də öldürdüm” – ETİRAF

“Arvadım dedi ki, taksi sürücüsü ilə birlikdədir, mən də öldürdüm” – ETİRAF

SON DƏQİQƏ! Şahin Şıxlinskiyə ömürlük həbs cəzası verilə bilər

SON DƏQİQƏ! Şahin Şıxlinskiyə ömürlük həbs cəzası verilə bilər

Vahid Ələkbərov 2,58 milyard dollar itirdi

Vahid Ələkbərov 2,58 milyard dollar itirdi

“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla danışıqlar aparırıq” – Avropa İttifaqının Ali komissarı

“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla danışıqlar aparırıq” – Avropa İttifaqının Ali komissarı

Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyardı keçdi

Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyardı keçdi

Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI

Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI

İranda tanınmış rejissor həbs edildi - FOTO

İranda tanınmış rejissor həbs edildi - FOTO

Türkiyə millisinin sabiq futbolçusu TUTULDU

Türkiyə millisinin sabiq futbolçusu TUTULDU

Bakıda bu binalar PLANA DÜŞDÜ – Söküntü nə vaxt BAŞLAYACAQ?

Bakıda bu binalar PLANA DÜŞDÜ – Söküntü nə vaxt BAŞLAYACAQ?

Həmin görüşlərə oğlunu da aparırmış- Bu fotolar ilk dəfə yayılır

Həmin görüşlərə oğlunu da aparırmış- Bu fotolar ilk dəfə yayılır

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

End of content

No more pages to load

RADİO