Kim qazıb bu qəbri mənə...

 

 Artıq xeyli vaxtdır ki, oxucularımızın xahişi ilə saytımızın "Ədəbiyyat" səhifəsi fəaliyyət göstərir. Moderator.az saytının bu günkü qonağı Kəmaləddin Qədimdir. “Türk ədəbiyytına xidmət” (Türkiyə) və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mukafatları laureatı, Prezident təqaüdçüsü olan Kəmaləddin Qədimin indiyə qədər “Keçir məni bu çaydan”, Üzü qibləyə”, Günahı yazan mələk”, “Yığış gedək, günahım”, “Allahdı, şeytandı, mənəm”, “Yaşamaqda nə varsa” və “Allahı sevsəydin” kitabları dərc olunub. Şairin son zamanlarda yazdığı bir neçə şeirlə oxucularımızı tanış edirik.

 

Nədən belə həm gözəlsən, həm şirin

 

Soruşursan,gözlərimdə ay canım,

Nədən belə həm gözəlsən,həm şirin...

Azdı,hər gün olsam yüz yol qurbanın,

İşvən,nazın hələ bir az kəmşirin...

 

İşim yerlə, ya göylədi, bilmirəm,

Kim yazdırır,kim söylədir, bilmirəm...

Şirinliyin hopub, nədi, bilmirəm,

Bu çəkdiyim kədər şirin, qəm şirin...

 

Sayımmı de, o var, bu var bal kimi,

Nə gəlirsə gəlsə nübar, bal kimi.

Ürəyimdə həsrət, qübar bal kimi,

Gözlərimdə nəm şirindi,nəm şirin...

 

Çıxmayırsan candan,qandan,neyləyim?

Ərmağansan Yaradandan,neyləyim?

Açılırmı baş dumandan,neyləyim?

Hər gördükcə dəm oluram, dəm, şirin...

 

 

 

Kim qazıb bu qəbri mənə...


Vaxtlımı,vaxtsızmı əsir bu külək,

Dolur da bu soyuq,ayaz ömrümə...

Daha həsrətini çəkməsin ürək,

Daha gəlməyəcək o yaz ömrümə...

 

Daha yol deyilən yol çiynimdəki,

Xeyrimmi,şərimmi bol,çiynimdəki?..

Ha durub,dayanma sol çiynimdəki,

Ha yaz günahları,ha yaz ömrümə...

 

Hardadı,gəlsin də elə saz ölüm,

Yapmasın bu qədər işvə-naz ölüm...

O bəyaz donunda o bəyaz ölüm,

Gəlsin də ,yaraşsın bəyaz ömrümə...

 

Yazan da gör necə yazımı yazıb,

Çoxumu unudub,azımı yazıb.

Kim qazıb bu qəbri mənə,kim qazıb,

Dayazdı bu qəbir,dayaz,ömrümə...

 

30 noyabr 2013

 

 

Axırın axırına

 

Tanrım,gəldik bu yolun,

Cığırın axırına...

Baxırsanmı bu dağdan,

Ağırın axırına...

 

Nə çox kölən,əsirin,

Sayma,gəlməz kəsirin...

Çıx da yetim-yesirin,

Fağırın axırına...

 

Verdiyin bir can,çıxar,

Çox danışsam qan çıxar...

Elə,bir çoban çıxar,

Naxırın axırına...

 

Nə karıxıb gələrəm,

Nə darıxıb gələrəm...

Vaxtdı,çıxıb gələrəm,

Axırın axırına...

 

1 dekabr 2013

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ƏN BAHALI futbol akademiyaları

Dünyanın ƏN BAHALI futbol akademiyaları

"Bitcoin"in qiyməti UCUZLAŞDI - FOTO

"Bitcoin"in qiyməti UCUZLAŞDI - FOTO

"Heç bir mahnıya görə mənə pul verməyib"

"Heç bir mahnıya görə mənə pul verməyib"

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

Husilər ABŞ-ın mümkün zərbəsi ərəfəsində İrana dəstək verdiklərini BƏYAN ETDİLƏR

Husilər ABŞ-ın mümkün zərbəsi ərəfəsində İrana dəstək verdiklərini BƏYAN ETDİLƏR

Səidə Bəkirqızı: “Rəqsanənin həbsini tələb edəcəyəm!” - VİDEO

Səidə Bəkirqızı: “Rəqsanənin həbsini tələb edəcəyəm!” - VİDEO

Benzema "Beşiktaş"a GƏLİR?

Benzema "Beşiktaş"a GƏLİR?

2 fevralda iş olacaq?

2 fevralda iş olacaq?

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

End of content

No more pages to load

RADİO