“Birisi səni alıb aparıb illərlə toxunmasa, bakirə saxlasa xoşun gələr?”x9d

...Hələ dünyanın düz vaxtında, neftin qymətinin tüğyan etdiyi dövrdə düz bir milyon verib okeanın o tayından maşın gətizdirmişdi. Maşın da nə maşın...Avropada ondan yox idi...Sürətini, rahatlığını qoyaq bir tərəfə, başdan - ayağa kompüterləşdirilmişdi. O Yaponiyada qrossmeysterlərə qalib gələn robot düzəltmişdilər ha, bax, onun kimi idi...Adam kimi danışırdı...Hətta, səliqə - sahmanına, zəkasına görə sahibindən də üstün idi...Qarajda çox qaldı...Doğrudur, paslanmaq, akkumulyatorunun boşalmaq qorxusu yox idi. Amma adam deyildi, maşın idi...Deməli, sürülməliydi...
...Bu axşam sahibi işdən tez qayıtmışdı. Adəti üzrə, evə keçməzdən əvvəl qarajın qapısının pultunu basdı...Maşınla salamlaşdı, ona sığal çəkdi...Sükan arxasına keçib motoru işə saldı. Amma motordan səs çıxmadı...Öz - özünə deyindi: "Sən Allah, bir işə bax ey, bir milyon dollar verib eksküliziv maşın qayırtdırasan, o da xoda getməyə...Bundan da böyük dərd olar?.." Maşın dilə gəlib soruşdu:
- Möhtərəm sahibim, səndən bir söz soruşmaq istəyirəm. Tutalım ki, sən nazir deyilsən, heç kişi də deyilsən, mənim kimi nərmənazik bir qadınsan. Birisi səni alıb aparıb illərlə toxunmasa, bakirə saxlasa xoşun gələr?
Nazir özündən çıxdı:
- Eheyy, ağzının danışığını bil...Baxmaram bahalığına, tüpürərəm verdiyim o bir milyona, əzib - tökərəm səni, atdıraram metalloloma..
- Möhtərəm sahibim, mən nə dedim ki, özünüzdən çıxdınız?
- Əvvəla, mənə "möhtərəm" demə, elə "cənab nazir" dedin, bəsdir. Biz "möhtərəm" ifadəsini yalnız "Prezident" sözünün qarşısında işlədirik...
- Bağışlayın, cənab nazir, adam deyiləm ki, maşınam da, bilmədim...Yaxşı, gəlin barışaq...Deyin görüm, məni niyə sürmürsünüz?
- Səni harda sürüm, a bədbəxt? Bakının küçələri sənə yaraşmır...
- Nə oldu, "Formula-1" maşınlarına yaraşdı, mənə yaraşmadı? Onların da sürəti, qiyməti elə mənimki qədərdi də...
- Yaxşı, elə bilmə ki, nazirlərin hamısı ürəksiz olurlar...Sənin özünü bakirə qadına bənzətməyin məni kövrəltdi. Bu gün bakirəliyinlə vidalaşacaqsan...Bu gün səni...sürəcəm!.. Lap elə münasib vaxtdır, möhtərəm Prezident də ölkədə yoxdur, zirvə toplantısına gedib...Səni harda...sürsəm yaxşı olar? Ağsu dolaylarında, yoxsa, Qəbələ - İsmayıllı yolunda? Yox, oralar dolanbacdır. Aeroport yolunu bir saatlıq bağlatdıraram, məharətini düz yolda göstərərsən...
...Nazir qazı basan kimi, bir milyonluq maşının təkərləri yerdən ayrıldı...Maşın uçdu, uçdu...gedib düşdü Olimpiya stadionunun tən ortasına...Sən demə, orada toy varmış...Hamı elə bildi ki, bu nazir təzə avtomobilində o biri nazirin oğlunun toyuna gəlib...Yığışdılar zərbə ilə yaşıl meydana düşən eksküliziv maşının ətrafına...İstəyirdilər ki, nazir maşından düşən kimi onu alqışlasınlar. Gözlədilər, gözlədilər...nazir çıxmadı. Qapını açıb onun...meyitini çıxardılar...Toy...yasa çevrildi...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

End of content

No more pages to load

RADİO