Nazirə şeir yazan şairə SƏRT SÖZLƏR

Moderator.az yazıçılara "Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, istedadlı şair Vaqif Bəhmənlinin öz naziri Əbülfəs Qarayevə şeir həsr eləməsini necə qiymətləndirirsiniz?“ sualı ilə müraciət edib. Cavabları təqdim edirik:

Azad Qaradərəli: "Şeiri ayağının altına qoyub nərdivan kimi istifadə eləməkdir bu. Daha ayrı adı yoxdur. "Dilinəxa0 qurban" kimi ifadələr var şeirdə. Bu şairi də, şeiri də gözdən salmaqdır. Ədəbi gənclik var axı, onlar da baxırlar və düşünürlər ki, 60 yaşlı şair belə edirsə, demək yaşamağın bircə yolu var bu ölkədə: nazirlərə, icra başçılarına, prezidentə şeir yaz və səni irəli çəksinlər. Vallah bu etik cəhətdən yolverilməzdir".

Firuz Mustafa: "Vaqif hələ həyalısıdır, bir az utana-utana tərifləyir... Məmləkətimiz elə də böyük deyil. Az qala hamı, hər halda özünü ziyalı hesab edənlər, lap elə qələm adamları bir-birini yaxşı tanıyır. Kimin kim olduğu məlum. Qısaca bunu demək olar: bizim bir çox "ziyalıların" əksəriyyətinin çörəyi gedəni tənqid, gələni tərif etməkdən çıxır. Mən belə hesab edirəm ki, yaltaqlıq insanın ən müdhiş mənəvi xəstəliklərindən biridir. Özü də yolxucu xəstəlikdir- cavan adamlar da yaltaq qocalarla təmasda olanda bu xəstəliyə yoluxa bilər. Mənim yaltaqlar haqda monopyesim də var. Rəhmətlik Yaşar Nuri oynamaq istəyirdi. Nəsə teatr yaxın qoymadı... Axı elə teatrlar da bu cəmiyyətin bir parçasıdır".

Şərif Ağayar: "Vaqif Bəhmənli istedadlı qələm adamlarından biri olub. Ancaq Azərbayacanın əksər istedadlı qələm adamları kimi həqiqət və maddi təminatlar seçiminə gələndə birmənalı şəkildə ikincini seçib. Seçib və hər şey bitib. Mən bu şeirə təəccüblnmirəm. Başqa nə yazmalıdır ki? Maddi təminat və şöhrət dalınca düşən yaşlı bir şair öz nazirini tərifləyəcək də. Çünki belə görüb, belə mənimsəyib və onun üçün belə rahatdır. Uğurlar və can sağlığı arzu edirəm".

Cəlil Cavanşir: "Vaqif Bəhmənlinin şeiri haqqında fikirlərim çox yüksəkdir. Qocaman şairimiz nəhayət ki, öz poetik həqiqətini gec də olsa tapıb. Min illərdir poeziya məhz bu poetik həqiqəti axtarır. Əgər möhtərəm nazir etdiyi yaxşılıqlara görə daha pislik etməyi məqbul sayırsa və bu incə məqamı Vaqif müəllim tuta bilirsə, nə gözəl. Üzü qibləyə oxunmalı, gənclərə təbliğ olunmalı poetik pıçıltılar, poetik vulkan deyərdim bu şeirə. Hələ də yadıma salanda göz yaşlarıma hakim ola bilmirəm. İlahi, insan bu yaşda necə nirvanaya çata bilər? Müdhişdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

End of content

No more pages to load

RADİO