Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb. Bununla bağlı Şərq Hərbi Dairəsi məlumat yayıb. Təyyarə planlı təlim uçuşu zamanı sıradan çıxıb.
Mətbuat xidmətindən qeyd ediblər ki, pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib. Uçuş hərbi sursat olmadan həyata keçirildiyindən qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib.
Bizim.Media