Məşhur aktyor Cim Kerrinin keçmiş rəfiqəsi Ketrin Uayt intihar edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qızın cəsədi bu gün yaşadığı Los-Ancelesdəki evindən tapılıb.
Məlumata əsasən, gənc qız intihar etməzdən qabaq məktub yazıb. Ketrin məktubunda Cim Kerri ilə münasibətlərini xatırlayıb və aktyorla sentyabrın 24-də baş verən ayrılığa dözə bilmədiyini bildirib.
53 yaşlı Cim Kerri Ketrin Uaytla 2012-ci ildə tanış olub. Lakin bir neçə aylıq münasibətlərdən sonr onlar ayrılıblar.
Cütlük yenidən bu ilin may ayından görüşməyə başlayıb.