Putin və Obamanın dəvətnamə davası - Kim kimi görüşə çağırıb?

Müşahidəçilərin əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin arasında Nyu-Yorkda keçiriləcək görüş böyük ehtimalla daha çox Suriya və Ukrayna məsələlərinə həsr olunacaq.

Moderator.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, iki lider arasındakı sözügedən mövzularla bağlı fikir ayrılıqlarını nəzərə alanda görüşün xoşagəlməz olacağını düşünənlər də var.

Bu, Rusiyanın Krımı ilhaqının ardından ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra iki liderin ilk rəsmi görüşü olacaq. Görüş sentyabrın 28-də BMT Baş Assambleyasının toplantısı çərçivəsində baş tutacaq.

Ağ ev sentyabrın 24-də bəyan edib ki, görüş Putin-in müraciəti əsasında keçiriləcək.

Ağ evin sözçüsü Josh Earnest jurnalistlərə deyib:

«Rusların davamlı müraciətləri deməyə əsas verir ki, onlar prezident Obama ilə söhbət etməyə maraqlıdırlar».

Rusların görüş üçün "ürəyi gedir"

Daha sonra sözçü hətta zarafat da edib ki, deyəsən, rusların bu görüş üçün «ürəyi gedir».

Ağ evin milli təhlükəsizlik üzrə məsləhətçisi Ben Rhodes deyib ki, avropalı müttəfiqləri Obama-dan xahiş ediblər ki, Putin-lə görüşsün və aydınlaşdırsın ki, Ukrayna münaqişəsinin başa çatmasını nəzərdə tutan Minsk razılaşması necə həyata keçirilir:

«Üzbəüz görüşməmək və prezident Putin-ə bizim Ukrayna və Suriya ilə bağlı mövqeyimizi və narahatlığımızı çatdırmamaq məsuliyyətsizlik olardı».

Ruslar deyir ki, bizi ABŞ dəvət edib

Kremlin məsləhətçisi Yuri Ushakov isə iddia edir ki, əslində görüşün baş tutması üçün Ağ ev onlara müraciət edib.

«Biz dəvətlərdən imtina etmirik», - deyə Ushakov bildirib.

Görüşdən əvvəl daha bir fikir ayrılığı

Görüşün üzərinə indidən kölgə salan məqamlardan biri də Rusiyanın Suriya ilə bağlı mövqeyini möhkəmləndirə biləcək və BMT Təhlükəsizlik Şurasının təsdiqləyəcəyi gözlənilən bəyanat layihəsinə ABŞ-ın razılıq verməməsi barədə xəbərlərdir.

«Associated Press» agentliyi xəbər verir ki, Rusiyanın hazırladığı bu layihədə deyilir ki, ölkələr ekstremist qruplarla döyüş qərarlarını münaqişədən zərər çəkən ölkələrlə koordinasiya etsinlər. Burdan belə bir nəticə çıxır ki, Rusiya döyüşlərin Suriya hökuməti ilə koordinasiya olunmasını istəyir- Qərb və ABŞ isə indiki Suriya hökumətinin getməsini tələb edir.

ABŞ ”“ın beynəlxalq təşkilatlarla iş üzrə katibinin yardımçısı Sheba Crocker bildirib ki, Rusiyanın bu istəyi «İslam Dövləti» yaraqlılarına qarşı, Suriyanın qonşuları da daxil olmaqla, 60 ölkənin koalisiya yaratma cəhdləri ilə ziddiyyət təşkil edir.

Rusiya son həftələrdə Suriya ərazisinə böyük həcmdə hərbi sursat, o cümlədən son model döyüş təyyarəsi, raket əleyhinə qurğular və hərbi heyət göndərib. Bu, Rusiyanın keçmiş Sovet İttifaqı ərazisindən kənarda ən irihəcmli hərbi səfərbərliyidir və ABŞ-ın diqqətindən yayınmayıb.

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya qüvvələri yalnız «İslam Dövləti» yaraqlıları ilə döyüşmək üçün göndərilməyib, məqsəd həm də Suriya prezidenti Bashar al-Assad-in qüvvələrini möhkəmləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

End of content

No more pages to load

RADİO