Məkkə faciəsinin - SENSAİON TƏFƏRRÜATLARI

“Ən böyük problemlər şeytanın daşlanması prosesi zamanı ortaya çıxır”x9d.

Məkkədə 753 zəvvarın ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub.xa0

Moderator.az report-a istinadən xəbər verir ki, Məkkədə olan türkiyəli jurnalist Nevzat Çiçek müqəddəs yerlərə ziyarətin təşkil olunmasında ciddi problemlərin yaşandığını yazıb.xa0

Müşahidə etdiyi çatışmazlıqları qələmə alan jurnalist yazıb ki, Həcc ziyarətinə gedənləri isti və qarışıqlıq gözləyir:xa0

“Zəvvarlar xüsusi təşkil olunmuş şəkildə gəliblərsə, nizamlı şəkildə hərəkət edirlər. Küçələrdə su butulkaları və kömək üçün paylanılan vasitələrin tullantılarının çoxluğu bəzən hərəkət etməyə belə çətinlik yaradır. Xüsusilə Afrika, Hindistan, Pakistan, Banqladeş kimi ölkələrdən gələn zəvvarlar Ərəfat dağında necə gəldi gecələyirlər. Onlar su və tualet ehtiyaclarını hər yerdə rahat şəkildə qarşılayırlar və özlərinə məxsus “şərait”x9d yaradırlar”x9d.xa0

N.Çiçək yazıb ki, zəvvarlar Ərəfata, oradan Müzdəlifəyə və daha sonra Kəbəyə 20 km-lik yolu piyada getməlidirlər:xa0

“Ən böyük problemlər də piyada gedilən bu yolda təvaf və şeytanın daşlanması prosesi zamanı ortaya çıxır. Təşkilatlanmış formada gəlməyənlər öz qanunlarını diqtə edirlər və çox zaman onların “qanunlar”x9dı digər insanların həyatları bahasına başa gəlir. Həm Kəbədə, həm də Minada şeytan daşlanması zamanı heç bir qanuna tabe olmayan, küçələrdə yatan, təvaf zamanı qol-qola girərək izdihamı itəliyə-itəliyə aparan, xüsusilə Afrikadan və Hindistandan gələn müsəlmanlar insanların əzilməsinə səbəb olurlar. Qarışıqlıq salan zəvvarlar qısa olması üçün fərqli istiqamət seçir və doğru olmayan yollardan gedirlər ki, bu da yüzlərlə insanın həyatını itirməsinə səbəb olur”x9d.xa0

Türkiyəli jurnalist yazısında həmçinin qeyd edib ki, zəvvarlar kran qəzasından qısa müddət sonra təkrar kranların altında namaz qılmaq məcburiyyətində qalıblar:xa0

“Səudiyyə Ərəbistanının Kəbənin ətrafında mütəmadi olaraq genişləndirmə işləri aparması zəvvarlar üçün problemə çevirilib. Kəbəyə gələnlərin çoxu bu yerləri tanımadığı üçün inşaatın olduğu yerlərdə açıq məkan görən kimi istifadə etməyə çalışırlar. Həcc ziyarəti böyük təşkilatçılıq tələb edən işdir. Səudiyyə Ərəbistanı bu işi tam şəkildə təşkil edə bilmir. Həcc ziyarəti üçün gələn ölkə təmsilçilərinin də təşkilatçılıq işi daha işlək şəkildə olmalıdır. Kəbənin genişləndirilməsi işi qısa zamanda başa çatdırılmalı və bu iş ciddi planlanmış şəkildə aparılmalıdır. Ərəfatdan gedən avtobuslar müəyyən fasilələrlə hərəkət etməlidir. Şeytanın daşlandığı bölgənin giriş və çıxışlarında hərəkətli lentlər quraşdırılmalıdır. Müəyyən yaş qrupları üçün xüsusi proqramlar olmalıdır. Çünki yaşlı hacı namizədləri yıxıldqları an özlərilə bərabər digərlərinin də əzilməsinə səbəb olurlar”x9d.

Qeyd edək ki, ötən gün Məkkədə şeytanın daşlanması zamanı meydana gələn izdiham nəticəsində 753 zəvvar dünyasını dəyişib, 800-dən çox insan yaralanıb. Bu, Həcc tarixində baş verən ən böyük faciələrdən ikincisidir. 1990-cı ilin iyul ayında Məkkədə piyada tunelində yaranan izdihamda 1 462 nəfər dünyasını dəyişmişdi. Onlardan 426-sı Türkiyə vətəndaşı idi. Son 25 ildə Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına gedən zəvvarlardan 3 500 nəfəri dünyasını dəyişib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Pərəstişkarları üçün 3 qayda qoydu

Pərəstişkarları üçün 3 qayda qoydu

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

Dünyanın ən ağırçəkili insanı VƏFAT ETDİ

Dünyanın ən ağırçəkili insanı VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO