“Baydenlə görüşmək istərdinizmi?' sualına Ərdoğanın cavabı: “Niyə? O Bayden, mən Ərdoğan” - VİDEO

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibə verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Türkiyə” nəşrində yer alıb.

O, Baş Assambleyanın dəhlizində xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə müşaviri Fahrettin Altun və nazir Murat Kurumla birlikdə gedərkən “Reuters” agentliyinin müxbiri Xədicə Pamukun sullarına cavab verib.

Bir anlıq dayanan prezident Ərdoğan “Sor, nə soruşacaqsan?” deyib. Bundan sonra Pamukun suallarını dinləyib.

"Baydenlə görüşmək istərdinizmi?" sualına “Oh, niyə?” cavabını verib. "Baydenlə ayrı ikitərəfli görüş keçirmək istərdinizmi?" sualına verilən “O Baydendir, mən Ərdoğan” cavabı isə gülüşə səbəb olub.

Ərdoğana “F-16 haqqında senatorlarla danışdınızmı?” sualı da verilib. “Onlar müsbət danışırlar, deyəsən təsdiq edəcəklər” deyə Türkiyə lideri qeyd edib.

Prezident Ərdoğan və onu müşayiət edən heyət müxbirin suallarını dinlədikdən sonra zalı tərk edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünya liderlərinə müraciət edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Peskov: “Putin Makronla dialoqa hazırdır”

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Azərbaycana bu il Gürcüstandan nə qədər avtomobil gətirilib?

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

Evakuatorla daşınan avtomobil yolda digər maşının üstünə düşdü - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Məşhurların məmur ÖVLADLARI – ARAŞDIRMA

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirdi - VİDEO

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində – FOTO

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində – FOTO

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA

Putinin xüsusi nümayəndəsindən Mayamidəki danışıqlarla bağlı AÇIQLAMA

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO

Türkiyədə ağır qəza: 5 ölü, 1 yaralı var - FOTO

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

"Mançester Siti" liderliyə YÜKSƏLDİ

Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi

Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi

Monteneqro şirkətləri sənaye zonalarında investisiya imkanlarından yararlanmağa dəvət olundu

Monteneqro şirkətləri sənaye zonalarında investisiya imkanlarından yararlanmağa dəvət olundu

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

Bu qida ağciyəri TƏMİZLƏYİR

Bu qida ağciyəri TƏMİZLƏYİR

İranda kəskin qrip virusu YAYILIB

İranda kəskin qrip virusu YAYILIB

"Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

"Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

Bu toyuqları almayın - AÇIQLAMA

Bu toyuqları almayın - AÇIQLAMA

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Xocavənddə vəzifəli şəxs qəzada öldü

Xocavənddə vəzifəli şəxs qəzada öldü

İsrail ordusu Qəzzada “təmizləmə” əməliyyatını yekunlaşdırdı - VİDEO

İsrail ordusu Qəzzada “təmizləmə” əməliyyatını yekunlaşdırdı - VİDEO

Oğuzdakı qəzada xəsarət alan 6 nəfərin də kimliyi BİLİNDİ - FOTO

Oğuzdakı qəzada xəsarət alan 6 nəfərin də kimliyi BİLİNDİ - FOTO

"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər - VİDEO

"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlər avtobus çatışmazlığından gileylənirlər - VİDEO

End of content

No more pages to load

RADİO