Böyük Britaniya Kraliçası II Elizabetin xalqla vida mərasimi davam edir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Vestminster zalda keçirilən vida mərasimi zamanı bir nəfər sıranı tərk edərək kraliçanın tabutuna doğru qaçıb.
Polis ictimai asayişi pozan şəxsi saxlayıb.
Qeyd edək ki, krallığın sakinləri və qonaqlarına kraliça ilə vidalaşmaq üçün 4 gün yarım vaxt verilib. II Elizabet sentyabrın 19-da dəfn ediləcək.
Bizim.Media
