Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini tərk edib.
Bizim.Media unian.net-ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Nastoyashee Vremya” telekanalının canlı efirində çıxışı zamanı bildirib.
“Üç gündür Kremennayada Ukrayna bayrağı dalğalanır.Ərazidə nəinki rus əsgərləri, heç rusiyapərəst silahlılar da yoxdur. Lakin Ukrayna Silahlı Qüvvələri hələ şəhərə daxil olmayıblar. Liman şəhəri ətrafında döyüşlər davam edir”, - Qayday bildirib.
Bizim.Media