Şotlandiyanın paytaxtı Edinburqda Kraliça II Elizabetlə vida mərasimi zamanı qalmaqal baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, onun cənazəsi Edinburq küçələri ilə Müqəddəs Egidiya Katedralına aparılan zaman izdihamın arasındakı bir gənc Şahzadə Endryunun mərasimdə iştirakına etiraz edib.
"Sən xəstə qocasan!”, - deyə o qışqırıb.
Qeyd edək ki, adı təcavüz qalmaqalında hallanan Şahzadə Endryu bir sıra titullarından məhrum edilib.
Bizim.Media