Ukrayna qoşunları cənubdakı cəbhə xəttində 12 km-dək irəliləyib. Müdafiəçilər artıq Xerson vilayətinin 13 yaşayış məntəqəsini azad ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı məlumat yayıb.
Azad edilən ərazilərin ümumi sahəsinin 500 kvadrat km-dən çox olduğu bildirilib.
“13 yaşayış məntəqəsi, o cümlədən Vısokopolie, Novovoznesenskoye, Beloqorka, Mirolyubovka azad edilib”, - məlumatda vurğulanıb.
Bizim.Media