Bodrumda Yunanıstanın İstanköy (Kos) adasına gedən 16 suriyalı immiqrantın mindiyi qayıq beynəlxalq sularda batıb.
ATV.az ilkin məlumatlara görə 7 nəfər həlak olub. Qaçaqlardan 4-ü xilas edilsə də, 3 nəfər hələ də itkindir. Sahil təhlükəsizlik qrupları dənizdən və havadan axtarış işlərini davam etdirir.
Hadisədən dərhal sonra eyni yerdən ikinci faciə xəbəri gəlib. Yenə də qaçaq yollarla Yunanıstanın İstanköy adasına keçməyə çalışan 6 qaçaq qayıqda batıb. Qayıqdakılardan 3-ü uşaq, 1-i qadın olmaqla 4 nəfər həlak olub. 2 nəfər isə huşsuz vəziyyətdə sahilə çıxarılıb.