Atlantik okeanında bataraq 1500-dən çox insanın ölümünə səbəb olan əfsanəvi “Titanik” gəmisinin 1 türk vətəndaşı sərnişini də olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyəyə məxsus teleqram kanalında məlumat verilib.
Bildirilib ki, Besim Osman Paşa adlı türk həkim Nyu-Yorkda keçirilləcək tibb konqresinə qatılmaq üçün “Titanik”ə bilet alıb.
Lakin gəminin yan alacağı “Chenburg” limanına çatmaq üçün qatarla yola çıxan Paşa Titanikə minə bilməyib.
Belə ki, güclü yağan qar səbəbindən 16 saat gecikmə ilə gələn qatar limana çatdığında o, gəminin 4 saat əvvəl yola çıxdığını öyrənib. Məlumata görə, hətta Besim Ömer Paşanın adı gəmi batdıqdan sonra ölən sərnişinlər siyahısında da olub.
Bizim.Media