Xarkov vilayətindəki istilik elektrik stansiyasına raket zərbəsindən sonra kəsilmiş elektrik təchizatı bərpa edilib.
Bizim.Media xəbər verir ki, Sumı və Poltava vilayətlərinin əksər ərazilərində enerji təchizatı ilə bağlı problem aradan qaldırılıb.
Xarkov İES-də yanğın söndürülərkən bir işçinin cəsədi aşkar edilib. Su təchizatının bərpası üzrə iş davam edir.
Qeyd edək ki, Rusiya ordusu Xarkovun və vilayətin müxtəlif rayonlarının infrastruktur obyektlərinə raket zərbələri endirib. Nəticədə elektrik enerjisinin verilməsi dayandırılıb. Poltava və Sumı vilayətlərində də elektrik təchizatında problemlər yaranıb.
Bizim.Media