Rusiya ordusu Xarkovun və vilayətin müxtəlif rayonlarının infrastruktur obyektlərinə raket zərbələri endirib. Nəticədə elektrik enerjisinin verilməsi dayandırılıb. Poltava və Sumı vilayətlərində də elektrik təchizatında problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Suspilne Xarkiv” nəşrində yer alıb.
Mənbə yazır ki, Xarkov sakinləri şəhərin müxtəlif yerlərində elektrik enerjisinin verilmədiyini bildirirlər. Lozovada da elektrikin olmadığını deyirlər.
Xarkov şəhərinin meri İqor Terexov rusların Xarkovda infrastruktur obyektlərinə zərbə endirdiyini təsdiqləyib:
"Həmin rayonlarda içməli su da yoxdur, çünki nasoslar işləmir. Bu, rus təcavüzkarının alçaq və kinli qisasıdır. Ordumuzun cəbhədə, xüsusən Xarkov vilayətində qazandığı uğurlara bir cavabdır”, deyə o, qeyd edib.
Bizim.Media