Pakistanın İnformasiya və Yayım naziri Məryəm Auranqzeb Böyük Britaniya kraliçası II Yelizavetanın vəfatı ilə əlaqədar sentyabrın 12-də ölkədə ümummilli matəm elan edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin TRT telekanalı yayıb.
Nazirin sözlərinə görə, müvafiq qərarı baş nazir Şahbaz Şərif təsdiq edib. Matəm çərçivəsində bütün ölkədə dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də vəfat edib.
Bizim.Media