“Rusiya onların qiymətinə məhdudiyyətlər qoyan ölkələrə nə qaz, nə də neft satacaq. Bu, Qərb ölkələrinə bir cavabdır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
"Biz qazı dəyərindən aşağı satmayacağıq. Çünki bu, mümkün deyil. Qərb ölkələrinin bizə qarşı belə münasibətinə qətiyyən icazə verməyəcəyik" deyə o, qeyd edib.
Onun fikrincə, Rusiyanın neft və qazının qiymətinə məhdudiyyətlərin tətbiqi Qərb ölkələrinin vəziyyətini daha da pisləşdirəcək:
“Onlar artıq nə etdiklərinin fərqində deyillər. Bu, özləri üçün pisdir".
Bizim.Media