Rusiya hökuməti işğal olunmuş ərazilərin ilhaqı ilə bağlı “referendumların” təşkili prosesini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu informasiyanı “Meduza” nəşri Kremlə yaxın mənbələrə istinadən yayıb.
Mənbə yazır ki, rəsmi Moskvanın bu addımı Ukraynanın uğurlu əks-hücum əməliyyatı ilə bağlıdır.
Mənbələr vurğulayıblar ki, Xarkov və Zaporojye vilayətlərində çalışan siyasi texnoloqlar artıq Rusiyaya geri çağırılıb:
“Evə qayıtmaq üçün əmr verilib”.
Xerson vilayətində isə referendumu hazırlayan texnoloqlar hələ də bölgədə qalırlar.
Bizim.Media