“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin onların Kiyev tərəfindən daha da gecikdirilməsi Moskva ilə razılıq əldə etmək imkanlarını çətinləşdirəcək”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşdə bildirib.
“Prezident görüş iştirakçılarına müraciət edərək “Biz danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq” sözlərini deyib”. Nazir jurnalist Pavel Zarubinin suallarını cavablandırıb.
Bizim.Media