Böyük Britaniya kraliçası II Yelizavetanın cəsədi olan tabut Edinburqa aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Edinburqa gedən yol altı saatlıqdır. Şotlandiyanın Kral Standartına bükülmüş palıd tabut Balmoral mülkünün altı yegeri tərəfindən cənazə maşınına yüklənib.
Tabut növbəti gecə Britaniya monarxlarının Şotlandiyadakı rəsmi iqamətgahı olan Holirood sarayında qoyulacaq. Bundan sonra o, Edinburq Katedralına aparılacaq.
Bizim.Media