Ukrayna Ali Radasının qarşısında partlayış baş verib.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, etirazçılar parlament binasında olan hüquq mühafizə orqanları əməkdaşları tərəfində tüstü bombaları atırlar.
112.ua portalının məlumatına görə, Ali rada yaxınlığında Milli Qvardiyanın əsgərlərinin olduğu əraziyə qumbara atılıb. Partlayış nəticəsində 15 əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hazırda Ukrayna parlamenti qarşısında etiraz aksiyaları davam etdirilir.