Kraliça haqda BİLMƏDİKLƏRİMİZ – FOTO/VİDEO 

Xəbər verdiyimiz kimi, ötən axşam Böyük Britaniya Kraliçası II Elizabet bu gün 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib.

Bizim.Media kraliça haqda maraqlı faktları təqdim edir:

Kraliça 21 aprel 1926-cı ildə Londonun Meyfeyr rayonunda ana babasının evində anadan olub.

Heç zaman doğum günlərini qeyd etməyən Elizabet tacqoyma mərasimindən sonra iki dəfə ad gününü qeyd edib. Balaca Elizabet adını tələffüz edə bilməyib və özünü Lilibet adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya Kraliçası II Elizabet VƏFAT ETDİ - FOTO/VİDEO


Bu, onun uşaqlıq ləqəbi olub, lakin yetkinlik çağlarında belə valideynləri və əri Filip onu Lilibet adlandırmağa davam ediblər. Bu ləqəb hazırda Şahzadə Harri və Meqan Marklın qızlarının adıdır.

II Elizabet Britaniyanın ən uzun müddət taxtda oturan kraliçası olub. O, 2015-ci il sentyabrın 9-da yerli vaxtla saat 17:30-da 23226 gün 16 saat 23 dəqiqə hökmranlıq edərək, Kraliça Viktoriyanın rekordunu qırıb.

II Elizabetin dövründə 15 baş nazir, 7 papa və Kenterberinin 7 arxiyepiskopu dəyişdirilib. Hər bazar günü o, kilsə xidmətində iştirak edib.
Kraliça heç vaxt metroya minməyib. O, yalnız bir dəfə 1969-cu ildə London metrosunun yeni filialının açılışı şərəfinə metroya gedib.  
 
II Elizabet 387.700-dən çox fəxri mükafata layiq görülüb. Kraliça 129 ölkəyə 250-dən çox rəsmi səfər edib. Əlahəzrətin pasportu və sürücülük vəsiqəsi olmayıb.

Lakin bu onun səyahət etməsinə və avtomobil sürməsinə mane olmayıb. Onun bacısı Şahzadə Marqaret Kraliçanın sürücülük tərzini “yarasa cəhənnəmi kimi” təsvir edib.

Kraliça məhkəməyə verilə bilməz. Kraliça izdihamda nəzərə çarpmaq üçün yalnız Britaniya istehsalı paltarlar və yalnız parlaq rənglər geyinib. Onu qara rəngli libasda yalnız yas zamanı görmək olardı.

II Elizabet Britaniyanın “Launer London” markasından qısa, qara, ağ və ya bej rəngli çantalar taxıb. Onların köməyi ilə kraliça xidmətçilərə işarələr verib. Məsələn, o, pul kisəsini masa üzərinə qoyardısa bu, növbəti beş dəqiqə ərzində masanı tərk edəcəyinə işarə idi.

Hökmdarlığı dövründə kraliça 5000-dən çox papaq taxıb. Papaqlara qoyulan əsas tələblər küləkli havada belə əlahəzrətin başına möhkəm oturmalı və maşına minərkən ona mane olmaması idi.
II Elizabet yarım əsr eyni köhnə dəbdə olan “Anello & Davide” ayaqqabılarını (yuvarlaq burunlu kiçik dabanlı) geyinib. Belə ayaqqabıların bir cütü təxminən 1000-1300 ingilis funt-sterlinqinə başa gəlir, ona görə də qənaətcilliyi ilə tanınan monarx ayaqqabıları daha az dəyişib. O, sadəcə ayaqqabıların dabanlıqlarını dəyişməklə kifayətlənib.

II Elizabetin boyu 163 santimetr olub. O, fransız dilini mükəmməl bilib.

Kraliça 600-dən çox xeyriyyə təşkilatına himayədarlıq edib. II Elizabet rəssamlara 130 dəfədən çox poz verib. Kraliça müsahibə verməyib. 200-dən çox küçə onun adını daşıyır.

Rəşad Əliyev, Bizim.Media
 





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Şuşada birgə sənəd imzalandı - FOTO

Şuşada birgə sənəd imzalandı - FOTO

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Rasim Məmmədov azadlığa çıxdı

Rasim Məmmədov azadlığa çıxdı

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

End of content

No more pages to load

RADİO