xa0Hindistanın Carkhand ştatında yerləşən kəndlərin birində əhali cadugərlikdə ittiham olunan 5 qadını xa0qətlə yetirib. APA-nın “Gazeta.ru”x9dya istinadən verdiyi xəbərə görə, gecə saatlarında əsasən gənclərdən ibarət izdiham cadugərlikdə ittiham olunan 5 qadını zorla yaşadıqları evlərindən çölə çıxararaq döyüb qətlə yetiriblər. xa0
xa0
Polisin məlumatına görə, hadisə ilə əlaqədar 50 yerli sakin saxlanılıb. xa0
xa0
Qeyd edək ki, bu tip cinayətlər Hindistanda tez-tez baş verir. Rəsmi məlumata görə, 2000-2012-ci illər ərzində 2 mindən çox analoji qətl faktları qeydə alınıb.xa0