"Rəsmi Moskva Ankaranın təhlükəsizliklə bağlı narahatlığını nəzərə alır".
Bizim.Media “TASS”-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə və Rusiya prezidentlərinin bu gün baş tutacaq görüşündən gözləntilərini açıqlayarkən deyib.
O, liderlərin Suriyadakı durumu mütləq müzakirə edəcəklərini bildirib:
"Putin Ərdoğanla danışıqlardan sonra daxili məsələlərlə bağlı toplantı keçirə bilər”.
Peskov Suriyada sabitliyi pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini də qeyd edib.
Bizim.Media