Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: "Bu barədə hər birinə SMS göndəriləcək".
Bizim.Media