Fransadan Ermənistana gözlənilməz zərbə

Fransa senatı yanında “Fransa-Qafqaz”x9d Dostluq Qrupunun vitse-prezidenti, Senatın - Fransa Parlamentinin Ali Palatasının xarici işlər üzrə komitə sədrinin müavini Natali Qule bu il iyulun 7-də Fransa hökumətinə suallar ünvanlayıb.

Moderator.az xəbər verir ki, Azərtac-a Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, hökumətin qanunvericilik orqanı qarşısında hesabat prosedurları çərçivəsində xanım Qule Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılmış separatçı rejimin qondarma “prezidenti”x9dnin səfəri ilə bağlı məsələ qaldırıb.

Xanım Qule sualı verərkən bunları deyib: “Qafqazda bir neçə dondurulmuş münaqişələr mövcuddur ki, onlardan biri Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ məsələsidir. Bu ilin may ayında Dağlıq Qarabağın qondarma “prezidenti”x9d Fransaya “rəsmi səfər”x9d edib. “Səfər”x9d çərçivəsində Drom departamenti və Fransanın bir neçə şəhəri ilə əməkdaşlıq haqqında xartiyalar imzalanıb. Qeyd etmək lazımdır ki, bu qondarma “respublika”x9d heç bir ölkə, hətta Ermənistan tərəfindən tanınmır. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin dinc yolla tənzimlənməsində mühüm diplomatik rol oynayır. Xartiyaların imzalanması təkcə Fransanın rəsmi mövqeyi ilə deyil, beynəlxalq hüququn prinsipləri və normaları ilə bir araya sığmır. Bu, əslində işğal faktına dəstək verir. Beynəlxalq hüququn tanımadığı bir ərazi ilə hər hansı sənədin imzalanması yolverilməzdir”x9d.

Fransanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi yanında dövlət katibi Tyeri Mandon xarici işlər naziri Loran Fabiusun adından bunları deyib: “Xanım Qule, siz məsələnin siyasi və hüquqi baxımdan çox mürəkkəb olduğunu söyləməkdə tamamilə haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın bir neçə yerli özünü idarəetmə icması qondarma “Dağlıq Qarabağ Respublikası”x9d ilə əməkdaşlıq xartiyaları imzalayıb. Bu sənədlər Bako Saakyanın mayın 18-20-də Fransaya səfəri zamanı imzalanıb. Siz həmçinin qeyd etmisiniz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunmasında vasitəçidir. Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi heç vaxt tanımayıb. Müvafiq olaraq, Fransa bu “qurum”x9d ilə ikitərəfli əlaqə qurmayıb. Fransa hökuməti təəssüf edir ki, bir neçə icma bu təşəbbüsü göstərib. Bu sənədlərin imzalanması Yerli İcmaların Ümumi Məcəlləsinin L. 1115-1-ci maddəsinə əsasən qeyri-qanunidir. Aydındır ki, bu addım qondarma “Dağlıq Qarabağ Respublikası”x9dnı tanımayan Fransanın beynəlxalq öhdəliklərinə də ziddir. Xanım senator, siz tamamilə haqlısınız ki, bu vəziyyət tanınmamış digər ərazilərlə bağlı da baş verə bilər. Sizi əmin edirəm ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin tənzimlənməsi üçün bütün qüvvəsini sərf edir. Mən təsdiq etmək istəyirəm ki, bizim Ermənistanla münasibətimiz Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində ənənəvi bitərəf mövqeyinə təsir göstərmir və bundan sonra da təsir etməyəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Yanvarın 15-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Yanvarın 15-də baş vermiş tarixi hadisələr

Artetadan Xabi Alonsonun gedişinə MÜNASİBƏT

Artetadan Xabi Alonsonun gedişinə MÜNASİBƏT

Günün qoroskopu: Yeni gəlir mənbəyi ilə bağlı xəbər ala bilərsiniz

Günün qoroskopu: Yeni gəlir mənbəyi ilə bağlı xəbər ala bilərsiniz

22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə ÇIXARILDI

22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə ÇIXARILDI

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

End of content

No more pages to load

RADİO