Yaxın günlərdə Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycan və Ermənistanın ayrı-ayrı sərhəd rayonlarında təkrarlanan insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə komissiyanın sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir", - Zaxarova Azərbaycan-Ermənistan sərhədindəki son atışmalara münasibət bildirərkən deyib.
Zaxarovanın sözlərinə görə, tərəflər mayın 24-də razılaşdıqları kimi yaxın günlərdə Moskvada delimitasiya komissiyasının ikinci iclasını keçirməyə hazırdırlar:
“Sabitliyin səviyyəsinin artırılması üçün addımların atılması vacibdir”.
Bizim.Media