Dünya futbolunun ulduzu Kristiano Ronaldonun "Bugatti Veyron" markalı dəbdəbəli avtomobili Mayorkada bir binaya çırpılıb.
Bizim.Media xəbər verir ki, sükan arxasında yalnız 37 yaşlı futbolçunun sürücüsü olub. O, xəsarət almayıb və hətta qəzadan sonra maşından özü düşüb.
Ronaldo artıq bir həftədir ki, İspaniya adasında istirahət edir. Beş övladı və həyat yoldaşından başqa, futbolçu iki sevimli avtomobilini “Bugatti” və “Gelandewagen”i də özü ilə istirahətə gətirib.
2 milyon dollar dəyərində olan “Bugatti”ni ciddi təmir işləri gözləyir. Belə ki, nəqliyyat vasitəsinin ön hissəsi və mühərriki ciddi zədələnib.
Rəşad Əliyev, Bizim.Media

