Ukrayna ordusu Krıma ZƏRBƏLƏR endirir

Ukrayna ordusu Krımda yerləşən “Çernomornefteqaz” şirkətinin qazma platformalarına üç zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Krımın rəhbəri Sergey Aksyonov “Rossiya 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, hadisə bazar ertəsi səhər baş verib.

Krım rəhbəri bildirib ki, Qara dənizdə yerləşən platformalarda 109 nəfər olub. Onlardan 21-i təxliyə edilib:

“Ən güclü zərbə birinci qplatformaya dəyib. Orada 12 nəfər olub, onlardan 5-i yaralanıb, qalanların axtarışları davam etdirilir. Daha sonra iki platforma vurulub. Amma orada zərərçəkənlər olmayıb. İşçiləri evakuasiya edirlər. Yaralılar helikopterlərlə birinci platformadan çıxarılıb”.
Bundan əlavə, Aksyonov yarımadanın qaz təchizatının müntəzəm rejimi barədə də danışıb. O, qaz təchizatında heç bir riskin olmadığını deyib.

“Rusiya prezidentinin göstərişi ilə biz materikdən qaz kəməri çəkmişik. Əgər indi fövqəladə rejimdə nasosu dayandırsaq, o zaman materikdən yenə tədarük ediləcək”, - deyə Aksyonov izah edib.

O, hesab edir ki, yarımadada kifayət qədər hava hücumundan müdafiə sistemləri var: “Bölgənin bütün quru hissəsi, o cümlədən Krım körpüsü qorunur”.

Bu gün səhər saatlarında Krım senatoru Olqa Kovitidi bildirib ki, platformalara edilən zərbələrdən sonra  iki nəfərə ağır yanıq diaqnozu qoyulub: “Onların birində ağır qəlpə yarası var”.
Xatırladaq ki, "Çernomornefteqaz" dövlət şirkəti Qara dənizin şelfində və Azov dənizinin sularında, habelə Krım yarımadasının quru hissəsində karbohidrogen yataqlarını istismar edir, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olur, təbii qazın və neft məhsullarının hasilatını, daşınmasını və saxlanmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO