Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın Süleymaniyyə vilayətində xüsusi təhlükəli PKK terrorçusu Hüseyn Şiblini (“Ferhat Derik” kod adlı) məhv edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin təhlükəsizlik mənbələri suriyalı terrorçunun bölgədən kənarda üçüncü ölkələrlə birgə İraqda yeni terror birliyi yaratmaq istədiyini bildirib.
Şibli terrorçu qruplaşmaların liderlərindən olan “Şahin Cilo” kod adı ilə tanınan və Suriyada “Qəndil administrasiyası”nda çalışan Ferhat Abdi Şahinin yaxın adamlarından biri olub.
Bizim.Media