Ali Rada Ukrayna mediasında və ictimai məkanda rus musiqisini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ali Radanın deputatı Yaroslav Jeleznyak yayıb.
Onun sözlərinə görə, müvafiq qərarın lehinə 303 deputat səs verib.
Parlament, həmçinin Rusiya Federasiyası, Belarus və hazırda Rusiyanın nəzarətində olan Ukrayna ərazilərindən kitab və digər nəşriyyat məhsullarının idxalını və yayılmasını qadağan edib.
Bizim.Media