“Instagram” sosial şəbəkə platforması yeni tam ekran lentini sınaqdan keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Meta”nın baş direktoru Mark Zukerberq “İnstaqram” hesabının “Hekayə” bölməsində məlumat verib.
Mark “Şəkillər hələ də “İnstaqram”ın əsas və vacib hissəsidir” yazaraq, tam ekranlı lent testinin ilk fotosunu paylaşıb. “Instagram”ın yeni formatı daha çox “Tik-Tok” paylaşımlarına bənzəyəcək.
Sözügedən platformanın lentinin tam ekran versiyası tezliklə bütün istifadəçilərin ixtiyarına veriləcək. Mesajlaşma bölümü ilə yanaşı, bir sıra digər funksiyaların da yenilənməsi gözlənilir.
Rəşad Əliyev, Bizim.Media

