Rusiya ərazisində “Samsung” smartfonları fəaliyyətini dayandırıb.
Bizim.Media “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiyaya “paralel idxal” çərçivəsində (yəni faktiki olaraq qeyri-qanuni yolla) gətirilən smartfonlar Rusiyada işə salınmağı və aktivləşdirməyi dayandırıb.
Rus “SİM” kartını smartfona quraşdırdıqdan sonra istifadəçi cihazı aktivləşdirməkdə problem yaşayır.
Bu halda cihaz açılmır və istifadə edilə bilməz.
Rəşad Əliyev, Bizim.Media