Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DoS hücumları səbəbindən atıldığını bildirib.
“Putinin forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib. Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Bizim.Media