Cenevrədə Leyla Əliyevanın eyni adlı əsəri əsasında toxunan xalça təqdim olunub - FOTO 

2022-ci il 14-30 iyun tarixlərində davam edəcək okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, BMT-nin Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. 

“Azərxalça” ASC-dən Bizim.Media-ya verilən xəbərə görə, 14 iyun tarixində sərginin açılışında Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər. 

Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iki həftə davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur.

Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları qlobal ekoloji problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir, ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır və bununla da qlobal məqsədlərə töhfə verilir. 

“Mənim dənizlərim, mənim okeanlarım” (My Seas My Oceans) sərgisində müasir Azərbaycan rəssamının əsərlərindən ibarət füsunkar sərgini təqdim edən kuratorlar - “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və isveçrəli həmkarı Viktoriya Dzodziev gələcək nəsillər üçün dünyanın ağciyərləri olan su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayır. 

Sərginin nümayiş olunan əsas və diqqət çəkən eksponatlarından biri də “Su altında üzən Simurq” xalçasıdır. Xalça Leyla Əliyevanın eyni adlı əsəri əsasında toxunub və xalçanın çeşnəsi “Azərxalça” ASC-nın rəssamları tərəfindən yaradılıb. 

“Su altında üzən Simurq” un toxunmasına “Azərxalça” ASC- nın Nardaran emalatxanasında strat verilib.

3x2 ölçüsündə ümumilikdə isə 6kv.m olan xalçanın toxunmasında 4 toxucu xanım iştirak edib. Xalçanın əsas rəngləri ağ, qara və tünd göy rənglərdir. Toxunması 3 ay davam edən xalça ərsəyə gəlməsində əməyi keçən bütün əməkdaşların iştirakı ilə kəsilərək emala göndərilib. Sərgidə tamaşaçıların ən çox diqqətini cəlb edən əsərlərdən olan əsl əl işi Azərbaycan xalçası “Su altında üzən Simurq” gözəlliyi ilə həm xaricdə yaşayan azərbaycanlıların, həm də sərgiyə baş çəkən yerli tamaşaçıların zövqünü oxşayıb. 

Sağlam ətraf-mühitin mühafizəsində və davamlı inkişafın təmin edilməsində qlobal birliyin üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, İncəsənət ən təsirli vasitələrdən biridir.
Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və növlərin nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, davamlı inkişafın ekoloji ölçüləri haqqında maarifləndirmə imkanlarının təşviq edilməsi vardır. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO