Rusiyada "Coca-Cola" məhsullarının istehsalçıları və distribyutorlarının daxil olduğu "Coca-Cola HBC AG" şirkəti Rusiyada brend içkilərin satışını və istehsalını dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin ABŞ-dakı baş qərargahı açıqlama yayıb.
Açıqlamada "Coca-Cola HBC AG"-nin anbarlarının tükəndiyi bildirilir:
"Bundan sonra "Coca-Cola HBC" artıq Rusiyada şirkətin heç bir məhsulunu istehsal etməyəcək və satmayacaq".
Qeyd edək ki, may ayında "The Coca-Cola Company"nin baş direktoru Ceyms Kuinsi sərinləşdirici şirkətin Rusiya bazarını tərk edəcəyini istisna etməmişdi.
Rəşad Əliyev, Bizim.Media