"Rusiya sülh istəmir, Avropanı qorxutmaq üçün yeni yollar axtarır".
Bizim.Media xəbər verir ki, bu barədə Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşdən sonra keçirilən brifinqdə Volodimir Zelenki deyib.
Ukrayna lideri əlavə edib ki, Rusiyanın real danışıqlara və sülhün bərpasına yönəlmiş addımlara hazır olmadığını deyib.
"Biz burada, Mariinski sarayında olduğumuz anlarda rus qoşunları Donbassda qəddar hücumlarını davam etdirir, Xarkov vilayətində qruplaşmalarını gücləndirir, Ukraynanın cənubunda mövqelərini gücləndirir”, - deyə V.Zelenski bildirib.
V.Zelenski vurğulayıb ki, Rusiya sülhün alternativinin olmadığını anlamalı və sülh axtarmağa başlamalıdır:
"Bu gün hamımız hava hücumundan müdafiə sistemlərinin xəbərdarlıq siqnalını eşitdik. Rusiya Avropanı qorxutmaq və daha çox torpaqlarımızı ələ keçirmək üçün yeni yollar axtarır".
Bizim.Media